Hüquqi audit (Due Diligence)

Hüquqi audit şirkətin fəaliyyətinin ayrı – ayrı istiqamətlərinin, əqdlərin, təsis sənədlərinin, daxili normativ sənədlərinin qüvvədə olan qanunvericiliyə uyğunluğu baxımından hüquqi təhlilini nəzərdə tutur.

Hüquqi auditin əsas məqsədi sənədlərin qanunun tələblərinə və şirkətin maraqlarına uyğunluğunu yoxlamaqdan ibarətdir: 

  • dövlət orqanları tərəfindən inzibati cərimələr və digər sanksiyalar təqdim edildikdə; 
  • müqavilələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə kontragent tərəfindən sanksiyalar tətbiq edildikdə; 
  • qarşı tərəf müqavilə öhdəliklərini yerinə yetirilmədikdə; 
  • şirkətin işçiləri tərəfindən sui-istifadə edildikdə; 
  • aktivlərin (daşınmaz əmlak, əqli mülkiyyət hüquqları) qanunsuz əldə edilməsi və istifadəsi halında və sair

«EXPERT SM»  hüquq  şirkəti bütün müəssisənin, onun struktur bölmələrinin və biznesin ayrı-ayrı komponentlərinin fəaliyyətinin hüquqi auditini (Due Diligence) aparır. 

Hüquqi auditin müddəti və onun dəyəri sənədlərin həcmindən və tədqiq olunan məsələlərin əhatə dairəsindən asılıdır. 

Nəticə olaraq  – müəyyən edilmiş pozuntular və onların aradan qaldırılması yolları haqqında məlumatları özündə əks etdirən ətraflı hesabatdır. 

«EXPERT SM»  hüquq  şirkəti müəssisənin hüquqi auditi zamanı əldə edilmiş hər hansı məlumatın açıqlanmaması prinsipinə ciddi şəkildə əməl edir. 

Hüquqi auditin aparılması təşkilatın və onun idarəetmə orqanlarının fəaliyyətinin qanuna uyğunluğu barədə tam və hərtərəfli təsəvvür yaratmağa, qanun pozuntularının aradan qaldırılmasına və biznes fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş aydın tədbirlər planı əldə etməyə kömək edəcəkdir. 

HƏR HANSI BİR SUALINIZ VARMI?
Biz məmnuniyyətlə sizə kömək edəcəyik.
Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.