Komandamız

Məmmədov Sübhan Zakir Oğlu

“Ekspert SM” şirkətinin Direktorudur. Məmmədov Sübhan Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. O, hüquq üzrə pedaqoji fəaliyyətlə məşğul olmuş, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsində, Məhkəmə Ekspertizası Mərkəzində məsul vəzifələrdə çalışmış, “Qrup 4” şirkətinin Bakı Nümayəndəliyinin Hüquq Departamentinin rəhbəri olmuşdur. 2005-ci ildən bugünədək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Artıq Məmmədov Sübhan 2002-ci ildən “Ekspert SM” Beynəlxalq Hüquq və Biznes Konsaltinq Şirkətinin Direktorudur. O, bir çox layihələrdə iştirak edib, çoxsaylı müvəffəq olan proektləri aparıb. Vergi hüququ, müqavilə hüququ, intellektual mülkiyyət, korporativ hüquq və digər sahələr üzrə ixtisaslaşmışdır. O, Azərbaycan, rus və ingilis dillərində səlis danışır.

İsmayılov Yusif Yaşar oğlu

“Ekspert SM” şirkətinin vəkilidir. İsmayılov Yusif Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mütəxəssis, Bakı Apellyasiya Məhkəməsində katib, Azərsu ASC-də Hüquq Şöbəsinin rəisi vəzifələrində çalışmış, 2012-ci ildən bugünədək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. O, əmək mübahisələri, cinayət hüququ, kommersiya hüququ, mülki hüquq, beynəlxalq yükdaşımlar üzrə işlər, əmək mübahisələri, ailə mübahisələri, potent işləri, gömrük işləri üzrə ixtisaslaşıb. O, Azərbaycan və türk dillərində səlis danışır.

Əmirova Reyhan Hüsnəddin Qızı

“Ekspert SM” şirkətinin Vəkilidir. Əmirova Reyhan Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsini magistr dərəcəsində bitirmişdir. Uzun müddət Məhkəmə Aparatında məsul vəzifələrdə və hüquq şirkətlərində hüquqşünas olaraq çalışmışdır. O, Ədalətli məhkəmə araşdırma hüququ, Konstitusiya məhkəmə icraatı və İnsan haqları üzrə Avropa Konvensiyasının müddəaları üzrə təlim kurslarını keçmiş, AR Vəkillər Kollegiyası, Avropa Şurası və Amerikan Bar Association CEELİ tərəfindən şəhadətnamələrə sahibdir. İxtisaslaşdığı sahələr: kommersiya hüququ, korporativ hüquq, inzibati hüquq, inzibati-prosessual hüquq, əmək hüququ, tibb hüququ, vərəsəlik hüququ və s. O, Azərbaycan və rus səlis danışır.

Əhmədova Firuzə Yaşar qızı

«Ekspert SM» şirkətinin Hüquq Departamentinin direktorudur. Əhmədova Firuzə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Bakalavr təhsili aldığı müddətdə bir sıra icra və məhkəmə hakimiyyəti orqanlarında təcrübə keçmişdir. Bir neçə yerli və beynəlxalq tədbirlərdə və seminarlarda iştirak etmişdir. O, korporativ hüquq sahəsində 5 ildən çox təcrübəyə malikdir. Korporativ hüquq, əmək hüququ, maliyyə, miqrasiya və ümumi hüquq sahələrində ixtisaslaşmışdır. O, Azərbaycan, rus və ingilis dillərində səlis danışır.a

Məhəmədova Nuranə Məhəmməd qızı

“Ekspert SM” şirkətində hüquqşünas kimi çalışır. Məhəmədova Nuranə Moskva Sənaye “Sinergiya” Universitetin Hüquq fakultəsini bakalavr dərəcəsində bitirmişdir. Məzun olduğu vaxtdan bu dövrə qədər bir neçə özəl şirkətlərdə hüquq üzrə məsul şəxs vəzifəsində çalışmışdır. O, məşğulluq və miqrasiya hüququ, korporativ hüquq, əmək və ailə hüququ kimi müxtəlif hüquqi sahələrdə müştəri ilə kommunikasiya və hüquqi araşdırma məsələlərində peşəkardır, həmçinin həmin səhələr üzrə onlayn və oflayn təlimlərdə iştirak etməklə bazarda perspektiv vəd edən və seçilən hüquqşünasdır. O, Azərbaycan, rus və ingilis dillərində səlis danışır.

Muradova Solmaz Şərafət qızı

“Expert SM” şirkətinin baş mühasibidir. Muradova Solmaz Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Mühasibat uçotunun təhlili və təftişi” fakültəsini bitirmişdir. O, Şuşa Kondensator Zavodu, Zaqatala Olimpiya Kompleksi, Bakı "4S" şirkəti və digər müəssisələrdə baş mühasib vəzifəsində çalışıb. Muradova Solmaz mühasibatlıq sahəsində 35 ildən artıq təcrübəyə malikdir. O, Azərbaycan və rus dillərində səlis danışır.

Əliyeva Kamilla Vaqif qızı

“Ekspert SM” şirkətinin Ofis Meneceridir. Əliyeva Kamilla Azərbaycan Turizm və Menecment Universitetinin “Sosial Menecment” fakültəsini magistr dərəcəsində bitirmişdir. Magistr təhsili aldığı müddətdə çoxsaylı beynəlxalq və yerli konfranslarda müəllifi olduğu məqalələrlə Azərbaycanın “Nəqliyyat Sektorunun” inkişafına töhvə verəcək çıxışlar edərək mükafatlandırılmış, bir sıra tədbir və seminarlarda aktiv iştirak etmişdir. O, “AMADEUS” bronlaşdırma sisteminin sertifikatına sahibdir. Beynəlxalq daşımalar üzrə pedaqoji fəaliyyətlə məşğul olmuş, Qazaxıstan Hava Yollarının Bakı Nümayəndəliyində və digər özəl şirkətlərdə məsul şəxs vəzifəsində çalışmışdır. O, Azərbaycan, rus və ingilis dillərində səlis danışır.

Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.