ABŞ vizası üçün məsləhət

ABŞ vizası

Ümumi məlumat

İlk öncə viza üçün müraciət etməli olub-olmadığınıza əmin olmaq lazımdır. Əgər artıq ABŞ vizanız varsa və ya vizasız giriş proqramında iştirak edən ölkənin vətəndaşısınızsa, viza tələb olunmur.

Əgər artıq ABŞ vizanız varsa və ya vizasız giriş proqramında iştirak edən ölkənin vətəndaşı olarsanız, viza tələb olunmur.

Əmin olmaq lazımdır ki, vətəndaşı olduğunuz ölkə və müraciət edilən viza növü düzgün seçilib. Belə ki, səhv seçilmiş məlumatlar ərizənin ləğv edilməsinə səbəb ola bilər. Belə olduğu təqdirdə  növbəti müsahibə gününə qədər görüş təyin etmək mümkün olmayacaq.

Əgər Sizin üçün viza almaq zəruridirsə, aşağıda qeyd edilənləri nəzərə alın.

Qeyri-immiqrasiya vizalarına müraciət edən ərizəçilər:

  • Viza kateqoriyası reyestrindən Viza növü müəyyənləşdirilməlidir. Vizanın hər bir növü onun təsnifatını və viza üçün müraciət edilmə prosedurlarını izah edir. Sizə ən uyğun olan viza növünü seçin.
  • Vizanın lazımi növünü müəyyənləşdirdikdən sonra konsulluq haqqını ödəməlisiniz. Konsulluq rüsumları səhifəsində viza növləri, viza müraciətlərinə baxılması üçün rüsumun miqdarı ABŞ dolları və milli valyutada qeyd edilmişdir.
  • Növbəti addım onlayn viza anketinin (DS-160)doldurulmasıdır. Doldurulmuş anketdə qeyd edilən bütün məlumatlar düzgün və dəqiq olmalıdır. Anket göndərildikdən sonra dəyişiklik edə bilməyəcəksiniz. Köməyə ehtiyacınız olduğu təqdirdə, immiqrasiya işləri üzrə hüquqşünas və ya tərcüməçi ilə əlaqə saxlayın. Çağrı mərkəzi DS-160 viza anketini doldurmağınıza köməklik göstərə bilməz. Müsahibəyə yazılmaq üçün DS-160 viza anketinin barkod nömrəsinə ehtiyacınız olacaq.
HƏR HANSI BİR SUALINIZ VARMI?
Biz məmnuniyyətlə sizə kömək edəcəyik.
Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.