Biznesinizə hüquqi dəstək

Biznesin abunə hüquqi müşayiəti –  biznes fəaliyyəti zamanı yaranan bütün hüquqi məsələlər üzrə şirkətin fəaliyyətinin yüksək keyfiyyətli, hərtərəfli dəstəyidir.

Şirkətimiz tərəfindən hüquqi dəstəyin üstünlüklərindən aşağıdakıları vurğulamaq olar:

  • İstənilən hüquqi problemlərin həllində səmərəlilik.
  • Hüquqşünasın bir saatlıq işinin dəyəri 1,5-3 dəfə azaldılır (həll olunacaq vəzifələrin həcmindən asılı olaraq).
  • Hər bir xidmət növü üçün ayrıca müqavilə bağlamağa ehtiyac yoxdur. Siz təhlükəsiz büdcə planlaşdıra bilərsiniz, çünki. aylıq abunə haqqının məbləğini əvvəlcədən bilirsiniz.
  • Əmək müqaviləsi üzrə qeydiyyata alınan işçilərə görə çəkilən məcburi dövlət ödənişləri və digər xərclər minimum məbləğlərə endirilir.

Şirkətimizdə müxtəlif sahələr üzrə bir neçə şöbələr fəaliyyət göstərir ki, onların hər biri, zəruri hallarda  şirkətinizə müvafiq qaydada xidmət göstərilməsi üçün cəlb olunacaq. Bu dərhal edilir və aylıq müəyyənləşdirilmiş xidmət haqqına təsir göstərmir.

Biznesə necə başlamaq olar? Çox sadə. Fərdi sahibkar və ya hüquqi şəxs kimi  qeydiyyata almaq kifayətdir.

Lakin, sənədlərin hazırlanması zamanı bir sıra suallar  yaranır, bu suallara alınacaq cavablar barədə  əvvəlcədən düşünmək lazımdır.

Hüquqşünaslarımız sizə biznes modelini təhlil etməyə, onun faydalarını və risklərini müzakirə etməyə, ən effektiv qərarlar qəbul etməyə və seçiminizi həyata keçirməyə kömək edəcək.

Bizim üstünlüklərimiz

  • biznesinizin xüsusiyyətlərini nəzərə alaraq düzgün təşkilati-hüquqi formanın və vergitutma sisteminin seçilməsinə kompleks yanaşma;
  • yaradılan şirkətin təsərrüfat fəaliyyətində mümkün risklərin müəyyən edilməsi, vergi ödənişlərinin, maliyyə və maddi resursların optimallaşdırılması;
  • biznes yaratmaq və müşayiət etmək üçün əlavə xidmətlərin tam paketi 

Birinci mərhələdə, yaradılan şirkətin təşkilati-hüquqi formasını, idarəetmə sistemini və vergitutma sistemini seçmək lazımdır.

Hüquqşünaslar şirkətin  qeydiyyat məsələlərini həll etməyə kömək edəcəklər:

  • MMC və ya fərdi sahibkarlıq 
  • ASC, QSC 
  • həmçinin bank seçməkdə və hesab açmaqda, biznes fəaliyyətinə başlamaq üçün, sənədlər hazırlamaqda köməklik göstərilir

Fəayyətiniz lisenziya almağı tələb edirsə, o zaman bu problem də biznesin yaradılması mərhələsində həll edilməlidir.

Biznesə başlamaq üçün hərtərəfli yanaşmaqla vaxtınıza və pulunuza qənaət edəcəksiniz.

Xidmət haqqında

«EXPERT SM» korporativ hüquq sahəsində böyük təcrübəyə malik mütəxəssisləri, təsisçilər arasında münasibətlərin, baş direktor və ya idarəetmə orqanı ilə münasibətlərin rəsmiləşdirilməsinə, vergitutma sisteminin seçilməsinə, bank və ünvanın seçilməsinə köməklik göstərəcəklər.

Fərdi sahibkarın qeydiyyatı

Biznesinizə başlamazdan əvvəl bu biznes formasının faydaları və riskləri barədə hüquqşünasla məsləhətləşmənizi tövsiyə edirik. Fərdi sahibkarlıq bütün biznes növləri üçün uyğun deyil və məhdudiyyətlər haqqında əvvəlcədən bilmək yaxşıdır.

MMC-nin qeydiyyatı

Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikasında biznesin ən populyar formalarından biridir. «EXPERT SM» hüquq firması 20 ildir  ki, MMC hüquqi-təşkilati formasında olan hüquqi şəxslərin qeydiyyatını aparır. 

MMC-nin yaradılması çox mərhələli bir prosedurdur və yalnız qeydiyyat hərəkətləri ilə məhdudlaşmır, çünki qeydiyyatın özündən əlavə biznes qurmaq bir çox təşkilati məsələləri əhatə edir.

Səhmdar cəmiyyətlərinin (QSC və ASC) qeydiyyatı

«EXPERT SM» hüquq şirkəti qiymətli kağızlar bazarı ilə işləmək üzrə ixtisaslaşıb və səhmdar cəmiyyətlərinin yaradılması və fəaliyyətinin dəstəklənməsi sahəsində böyük təcrübə toplayıb.

«EXPERT SM»  hüquq şirkətinə müraciət etməklə siz hüquqi şəxslərin qeydiyyatının bütün mərhələlərində peşəkar dəstək, qeydiyyat orqanlarının tələbləri və qanunvericilikdəki son dəyişikliklər barədə dərin bilik əldə edəcəksiniz.

 Vaxta qənaət, ünsiyyət asanlığı və nəticəyə inam.

«EXPERT SM» Beynəlxalq hüquq və konsaltinq şirkəti artıq 20 ildir ki, Azərbaycanda hüquq və biznesin müşayiət olunması üzrə xidmətləri göstərir. 2009- cu ildə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin (AMCHAM Azərbaycan) üzvlüyünə daxil olaraq, Expert SM iqtisadiyyatın bütün bölmələrində öz fəaliyyətini yerinə yetirən 180-dən çox şirkətə qoşulmuşdur. 2011-ci ildə Expert SM şirkəti EDTP sertifikatını almışdır. Eyni vaxtda 2011- ci ildə Expert SM şirkəti Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının daimi üzvü olmuşdur.

Yarandığı gündən, «EXPERT SM» şirkətinin mütəxəssisləri müştərilərin xeyrinə təcrübə və dərin hüquqi bilikləri toplayaraq hər gün öz bacarıqlarını təkmilləşdirirlər. Növbəti işə başladıqda biz öz peşəkarlığımızı sözlə deyil, əməllərimizlə təsdiq edirik. Bütün təşkilati-hüquqi formalarda müəssisələrin qeydə alınmasını həyata keçiririk, həmçinin Azərbaycanda biznesin aparılması ilə bağlı bütün məsələlərdə məsləhət veririk.

«EXPERT SM» Beynəlxalq hüquq və konsaltinq şirkətinə müraciət etməklə, siz Azərbaycanda qeydiyyat məsələsi, biznesin aparılması, həmçinin Azərbaycanda investisiya siyasətinin xüsusiyyətləri barədə əlverişli və hərtərəfli hüquqi məsləhət alacaqsınız. Gələcəkdə bizim hüquq şirkətinin mütəxəssisləri hüquqi yardımı göstərərək, mühasibatlıq və audit xidmətlərini təmin edərək, sizin fəaliyyətinizə qismən və yaxud da, tam müşayiəti təmin edəcəkdir.

İşçi heyyəti iqtisadiyyat və hüquq sahəsinin mütəxəssislərindən ibarətdir. Şirkətimizin işində çoxistiqamətli təcrübəli mütəxəssislər iştirak edir. İşin çətinliyindən asılı olmayaraq, bizim mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, şirkətin nüfuzunu məsuliyyətli və etibarlı tərəfdaş qismində formalaşdırmışlar.

Bizim mütəxəssislər nəinki qüvvədə olan qanunvericiliyi bilir, həm də, daxili qanunvericilikdə və sahibkarlıq fəaliyyətini tənzimləyən beynəlxalq hüquqi aktlarda baş verən dəyişikliklərini və öz tərəfdaşlarının hüquqi yurisdiksiyasına aid qanunvericiliyi və orada baş verən dəyişiklikləri izləyir. 

Bundan başqa, uzunmüddətli təcrübə fəaliyyəti sayəsində «EXPERT SM» şirkətinin hüquqşünasları dövlət orqanlarında və beynəlxalq təşkilatlarda təqdim edilən sənədlərin rəsmiləşdirilməsində olan tələblərlə tanışdılar. Bununla yanaşı, «EXPERT SM» Hüquq və Konsaltinq şirkətinin mütəxəssisləri yerli və beynəlxalq müqavilə hüququ sahəsində dəyərli məsləhətlər verir.

Əgər sizə Azərbaycanda şirkət qeydiyyatı lazım olarsa bizim mütəxəssislər təşkilati-hüquqi forma seçimində, sənədlər paketinin hazırlanması və dövlət orqanları ilə hüquqi yazışmanın düzgün aparılmasında yardım göstərəcək. Biz müştəri maraqlarının məxfiliyinə, qanunilik və prioritet prinsiplərinə riayyət edirik. Bizimlə Azərbaycanda biznesin aparılması, sizin üçün səmərəli və təhlükəsiz olacaq.

Əgər sizə Azərbaycanda hüquq xidmətləri lazım olarsa, «EXPERT SM» şirkətinə müraciət edin. Biz sizə yardım edəcəyik!

HƏR HANSI BİR SUALINIZ VARMI?
Biz məmnuniyyətlə sizə kömək edəcəyik.
Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.