“Vergi planlaşdırması” dedikdə, qeyri-rezidentlərin iştirakı ilə planlaşdırılan və ya mövcud iş sxeminin vergi təhlilinin aparılması ilə bağlı xidmət (Tax Due Diligence), vergitutmanın optimallaşdırılması təklifi, vergilərin ödənilməsi üçün ən əlverişli sistemin işlənib hazırlanması, qeyri-rezident və rezident strukturlar arasında qarşılıqlı əlaqənin qurulması və vergi prosedurlarının sadələşdirilməsi xidmətləri başa düşülür.
Korporativ konsaltinq
Biz sizə biznesin yaradılması və idarə olunması ilə bağlı məsləhətlərin verilməsi ilə yanaşı, biznesinizi seçdiyiniz struktura uyğun təşkil edə, onun saxlanmasını sizin üçün ən əlverişli şəkildə təşkil edə bilərik.
Xidmətlər:
- seçilmiş yurisdiksiyada xarici şirkətin idarə edilməsinin təşkili üzrə məsləhətlər (onun direktoruna, səhmdarlarına, katibinə və s. tələblər);
- xarici şirkətin mülkiyyətinin və idarə edilməsinin məxfiliyinə dair təhlil və tövsiyələr.
Aktivlərin qorunması
“Aktivlərin mühafizəsi” üçüncü şəxslərin ədalətsiz hərəkətləri nəticəsində onların itirilməsi riskini istisna edəcək və ya minimuma endirəcək şəkildə aktivlərin əldə edilməsi, sahibliyi və idarə edilməsinin təşkilinə yönəlmiş hüquqi tədbirlərin bütün kompleksidir.
Xidmətlər:
- aktivlərin qorunması və idarə edilməsi üsulları üzrə məsləhətlərin verilməsi (şirkətin səhmləri, daşınmaz əmlak, pul vəsaitləri və digər aktivlər üçün);
- aktivlərin mühafizəsi və idarə edilməsi məqsədilə trastların yaradılması;
- xarici kontragentlərin və xarici yurisdiksiyada yerləşən əmlakın statusunun yoxlanılması üzrə tədbirlər (müvafiq ölkənin qanunvericiliyi baxımından lazımi yoxlama);
- əqli mülkiyyət hüquqlarının beynəlxalq müdafiəsi məsələləri: əmtəə nişanları, lisenziyalar, patentlər və s.
Beynəlxalq layihələrdə müqavilə fəaliyyəti
Bəzi hallarda, xidmət göstərdiyimiz qeyri-rezident şirkətlərə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşlıq/kommersiya münasibətlərini rəsmiləşdirmək zərurəti yaranır.
Bu sahədə aşağıdakı xidmətlər mövcuddur:
- Yerli və ya xarici hüquq üzrə xarici kontragetnlərlə müqavilə və sazişlərin hazırlanması;
- Bağlanmış və bağlanması planlaşdırılan müqavilə və sazişlərin vergi və mülki qanunvericiliyinə əsasən hüquqi ekspertizası, risklərin aradan qaldırılması üçün tövsiyələrin verilməsi, zəruri hallarda müvafiq dəyişikliklərin icra edilməsi;
- Tətbiq olunan qanunvericiliyin müəyyən edilməsi, müqavilə üzrə mübahisənin həlli üçün uyğun seçim edilməsinə dair məsləhətlər.