Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı
Ekspert-SM Şirkəti tərəfindən Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı sahəsində aşağıdakı xidmətlər göstərilir:
- Yerli investisiyalı hüquqi şəxsin fiziki şəxs tərəfindən təsis edilməsi;
- Yerli investisiyalı hüquqi şəxsin hüquqi şəxs tərəfindən təsis edilməsi;
- Xarici investisiyalı hüquqi şəxsin fiziki şəxs tərəfindən təsis edilməsi;
- Xarici investisiyalı hüquqi şəxsin hüquqi şəxs tərəfindən təsis edilməsi;
- Hüquqi şəxsin nümayəndəliyinin və filialının təsis edilməsi;
Daha ətraflı məlumat üçün bizim mütəxəssislərlə +99412 4935556 / +99412 4413785 / +99470 7157787 telefon nömrələri ilə əlaqə saxlaya və ya info @expertsm.com ünvanına məktub yazmaqla müraciət edə bilərsiniz.
Fiziki şəxs tərəfindən yerli investisiyalı hüquqi şəxs təsis edildikdə, aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
- Cəmiyyətin təsisçisinin(lərinin) şəxsiyyət vəsiqəsinin(lərinin) surəti(ləri;
- Cəmiyyətin hüquqi ünvanını təsdiq edən sənəd;
Qeyd: Cəmiyyətin hüquqi ünvanı təsisçinin (və ya təsisçilərdən birinin) adınadırsa, bu zaman həmin ünvanın çıxarışının notarial təsdiq ounmuş surəti təqdim olunmalıdır. Cəmiyyətin hüquqi ünvanı təsisçinin (və ya təsisçilərdən birinin) adına deyilsə, bu zaman həmin ünvanın sahibi notariusda hüquqi ünvanın verilməsinə dair razılıq ərizəsi təsdiq etdirir (ərizənin nümunəsini biz təqdim edirik).
- Cəmiyyətin direktoru təsisçi(lərdən biri) olmayan digər şəxs olduğu halda, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- Qeydiyyat üçün tələb olunan sənədlərin imzalanması, dövlət orqanlarına müraciət olunması və bununla bağlı digər hərəkətlərin ediməsi üçün müvəkkil şəxsin adına verilən notarial təsdiq olunmuş etibarnamə (sənədin nümunəsini biz təqdim edirik).
Əgər yerli investisiyalı hüquqi şəxs hüquqi şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:
• Təsisçi hüquqi şəxsin notariusda təsdiq olunmuş nizamnaməsi;
• Notariusda təsdiq olunmuş təsisçi hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
• Hüquqi şəxsin təsis edilməsi barədə qərar;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına etibarnamə;
• Müəssisənin hüquqi ünvanının qeydiyyat vəsiqəsinin və ya şəhadətnaməsinin notarial təsdiq olunmuş forması.
Əgər xarici investisiyalı hüquqi şəxs hüquqi şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:
• Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin təsis edilməsi barədə qərar;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.
Əgər xarici investisiyalı hüquqi şəxs fiziki şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:
• Şəxsin öz vətənində hər hansı bir kommersiya hüquqi şəxsin təsisçisi və ya fərdi sahibkar (çox ehtimal şəxsin adı müvafiq reyestrdə qeydiyyatda olmalıdır) olduğunu təsdiq edən notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış sənəd*;
• (daxili və xarici) pasportun surəti;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.
Əgər hüquqi şəxsin nümayəndəliyi təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:
• Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin nümayəndəliyinin təsis edilməsi barədə qərar;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.
Əgər hüquqi şəxsin filialı təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:
• Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin filialının təsis edilməsi barədə qərar;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.
*MDB ölkələrində sənədləri leqallaşdırma zəruriliyi yoxdur, çünki bu ölkələr öz aralarında bu zəruriyyəti azad edən müqavilə bağlamışdır. Digər ölkələrə gəlincə isə əgər həmin ölkə Haaqa Konvesiyasının üzvüdürsə, o halda sənədlərin konsul leqallaşdırılmasına gərək yoxdur, sənədlər apostil qoyulmaqla leqallaşdırılır (Azərbaycan 02.03.2005-ci il tarixindən konsul leqallaşdırılmasının ləğvi ilə bağlı Haaqa Konvensiyasına qoşulmuşdur).
Şirkət qeydiyyatı ilə bağlı mütəxəssislərə müraciət etmək lazımdır. Bizim mütəxəssislər Bakı şəhərində şirkətlərin qeydiyyatı üzrə xidmətlər bazarında 15 ildən artıq müddətdir ki, fəaliyyət göstərirlər. Bu müddət ərzində bizim tərəfimizdən bir neçə min firma və fərdi sahibkar qeydiyyata alınmışdır. Biz qeydiyyatı bağlı bütün incəlikləri bilirik və firmaların qeydiyyatı zamanı meydana çıxa biləcək problemlərdən xəbərdarıq. Əgər siz biznesə başlamaq qərarına gəlmisinizsə, lakin firmaların qeydiyyatı ilə bağlı suallarınız qalıbsa, bizim hüquqşünaslarımıza müraciət etməklə həmin suallarınıza asanlıqla cavab tapa bilərsiniz.
Bizim şirkət müxtəlif təşkilati-hüquqi formalı firmaların qeydiyyatı üzrə ixtisaslaşıb.
Firmaların qeydiyyatı üzrə ən çox tələb olunan xidmət MMC-nin (MMC – Məhdud Məsuliyyətli Cəmiyyət) qeydiyyatıdır. Bunun bir sıra səbəbləri vardır. Bu səbəblərə: belə firmaların yaradılmasının sadələyi, idarə olunmasının asanlığı, nizamnamə kapitalının məbləğinin aşağı olması və s. aiddir.
Firmaların QSC (Qapalı Səhmdar Cəmiyyəti) və ASC (Açıq Səhmdar Cəmiyyəti) formasında qeydiyyatına nadir hallarda rast gəlinir.
Qeyri-kommersiya xarakterli təşkilatların (qeyri-kommersiya xarakterli partnyorluq, muxtar qeyri-kommersiya təşkilatı və s.) isə qeydiyyatına çox nadir hallarda rast gəlinir.
Hüquq ədəbiyyatı və dərgilərində firmaların qeydiyyatı prosesi ilə əlaqəli müxtəlif sinonim ifadələrə – MMC-nin qeydiyyatı, şirkətlərin qeydiyyatı, müəssisələrin qeydiyyatı və təşkilatların qeydiyyatı ifadələrinə rast gəlinir. Biz kiçik araşdırma apardıq və hüquqi şəxslərin qeydiyyatı prosesini müəyyənləşdirərək bu ifadələrin hansının işlədilməsinin daha məqsədəuyğun olmasını müəyyənləşdirməyə çalışdıq.
Firmaların qeydiyyatı prosesi ilə bağlı terminalogiya üzrə tarixi-hüquqi arayış.
Daha sonra biz aşağıdakı hüquqi terminlərin tarixi və mənası barədə danışacağıq: hüquqi şəxslərin qeydiyyatı, təşkilatların qeydiyyatı, firmaların qeydiyyatı, müəssisələrin qeydiyyatı, MMC-nin qeydiyyatı, QSC-nin qeydiyatı, Fərdi sahibkarın qeydiyyatı, dəyişikliklərin qeydiyyatı, hüquqi ünvanın qeydiyyatı.
Hüquqi şəxslərin qeydiyyatı
Hüquqi şəxslərin qeydiyyatı – hüquqi nöqteyi nəzərindən bu termin hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində istifadə edilən müxtəlif terminlər içərisində ən düzgünüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxs Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdırlar. Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatlar hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilir.
Təşkilatların qeydiyyatı
Təşkilatların qeydiyyatı – əvvəlki abzasda hüquqi şəxs anlayışını müəyyən edərkən təşkilat termini daxil edilir. Aydındır ki, təşkilatların qeydiyyatı anlayışı hüquqi şəxslərin qeydiyatı anlayışının sinonimidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək olan təşkilatlara (kommersiya təşkilatları) və fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək olmayan təşkilatlara bölünürlər. Kommersiya təşkilatlarına təsərrüfat ortaqlıqları və cəmiyyətlərini, istehsalat kooperativlərini, dövlət və bələdiyyə müəssisələrini misal göstərmək olar. Qeyri-kommersiya təşkilatlarına isə istehlak kooperativlərini, ictimai və dini təşkilat və birlikləri, xeyriyyə və digər fondları misal göstərmək olar.
Firmaların qeydiyyatı
Firmaların qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı, müəssisələrin qeydiyyatı anlayışları ilə eyni məna kəsb edir. Hüquqi termin kimi firmaların qeydiyyatı anlayışına ilk dəfə SSRİ Xalq Komisarları Sovetinin 22 iyun 1927-ci il tarixli Qərarı ilə ilə təsdiq edilmiş “Firmalar haqqında Əsasnamə” sənədində rast gəlinir. Bu sənəd SSRİ dövründə YİS-in (Yeni İqtisadi Siyasət) inkişafının birinici hüquqi əsası olmuşdur. Buna görə də, təşkilatların qeydiyyatı prosesini müəyyən edən firmaların qeydiyyatı anlayışı yalnız hüquqi deyil, eyni zamanda tarixi köklərə malikdir.
Müəssisələrin qeydiyyatı
Müəssisələrin qeydiyyatı termini də ilk dəfə yuxarıda adı çəkilən “Firmalar haqqında Əsasnamə”yə daxil edilmişdir. “Firmalar haqqında Əsasnamə”yə müvafiq olaraq dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərə məxsus olan müəssisələrin, kooperativ formasında müəssisələrin qeydiyyatı həyata keçirilə bilər. Buna görə də bu sənəddə müəssisələrin qeydiyyatı termini firmaların qeydiyyatı termininin tam analoqu kimi çıxış edir.
Şirkətlərin qeydiyyatı
Şirkətlərin qeydiyyatı termininə rəsmi hüquqi sənədlərdə tez-tez rast gəlinir, dövriyyədə aşağıdakı formalarda tətbiq edilir: dövlət şirkətləri, xarici şirkətlər, şirkətlər. Təəssüflər olsun ki, bu terminin hüquqi leksikonda ilkin mənbəyini müəyyən edə bilmədik. Mənasına görə, şirkətlərin qeydiyyatı anlayışından istənilən kifayət qədər böyük şirkət və təşkilatlara münasibətdə istifadə etmək olar.
MMC-nin qeydiyyatı
MMC-nin qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsi ilə müəyyən edilir. Bu termin artıq yuxarıda qeyd edilən terminlər kimi istənilən şirkətin qeydiyyatı mənasını daşımır. MMC-nin qeydiyyatı termini müstəsna olaraq kommersiya təşkilatlarının MMC – Məhdud Məsuliyyətli Cəmiyyət təşkilati-hüquqi hüquqi formasında qeydiyyatında istifadə edilir. Məhdud Məsuliyyətli Cəmiyyət bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Daha doğrusu, MMC-nin qeydiyyatı anlayışı yalnız hər hansı bir şirkətin yaradılması prosesini deyil, həm də onun MMC formasında təşkilati-hüquqi formasını müəyyən edir.
QSC-nin qeydiyyatı
QSC-nin qeydiyyatı da MMC-nin qeydiyyatı kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilir (maddə 100). QSC-nin qeydiyyatı temini də özündə təşkilatın yalnız QSC – Qapalı Səhmdar Cəmiyyəti təşkilati hüquqi formasında qeydiyyatını nəzərdə tutur. QSC-nin MMC-dən fərqi ondan ibarətdir ki, QSC-nin qeydiyyatı çox vaxt iri şirkətlərin, yaradılması, qeydiyyatı və idarə olunması üçün kifayət qədər iri məbləğdə pul vəsaitini cəlb etmək məqsədilə həyata keçirilir. QSC-nin iştirakçıları Qapalı Səhmadr Cəmiyyətinin idarə olunmasına və mülkiyyətinə hüquq verən səhmlərə malik olurlar.
ASC-nin qeydiyyatı
ASC-nin qeydiyyatı dedikdə səhmdar cəmiyyətin ASC – Açıq Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formadasında qeydiyyatı başa düşülür. ASC-nin QSC-dən fərqi ondan ibarətdir ki, ASC-nin səhmdarları digər səhmdarların razılığını almadan səhmlər üzrəində istədikləri kimi sərəncam verə bilərlər.
FS-ın qeydiyyatı (fərdi sahibkarın qeydiyyatı və ya bu terminin köhnəlmiş variantı – HŞYS) FS-in qeydiyyatı və ya bəzən fərdi sahibkarın qeydiyyatı, xüsusi sahibkarın qeydiyyatı kimi adlanan bu xidmət o mənanı verir ki, vətəndaş fərdi sahibkar kimi qeydə alındığı anadan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir. Əvvəllər fərdi sahibkar HŞYŞ – hüquqi şəxs yaratmadan sahibkar adlanırdı.
Dəyişikliklərin qeydiyyatı
Dəyişikliklərin qeydiyyatı termini altında hüquqi şəxsin təsis sənədlərinə aşağıdakı dəyişikliklərin qeydiyyatı ilə bağlı xidmətlər daxildir:- hüquqi ünvanın (hüquqi şəxsin yerləşdiyi yerin) dəyişilməsi;- hüquqi şəxsin adının dəyişilməsi;- hüquqi şəxsin təsisçisinin və baş direktorunun pasport məlumatlarının dəyişilməsi;- hüquqi şəxsin direktorunun və ya baş direktorunun dəyişilməsi;- hüquqi şəxsin təsisçisinin və iştirakçısının dəyişilməsi;- hüquqi şəxsin nizamnamə kapitalının artırılması və ya azaldılması.
Hüquqi ünvan
Hüquqi ünvan – “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununda “hüquqi şəxsin yerləşdiyi yer” terminindən istifadə edilir. “Hüquqi şəxsin yerləşdiyi yer” dedikdə, hüquqi şəxslə əlaqə saxlanılan hüquqi şəxsin icra orqanının daimi yerləşdiyi yer başa düşülür. Məhz bu termin hüquqi şəxs hüquqi ünvanı anlamını verir.