Expert SM Beynəlxalq hüquq və konsaltinq şirkəti artıq on ildən çoxdur ki Azərbaycanda hüquq və biznesin müşayiət olunması üzrə xidmətləri göstərir. 2009- cu ildə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin (AMCHAM Azərbaycan) üzvlüyünə daxil olaraq, Expert SM iqtisadiyyatın bütün bölmələrində öz fəaliyyətini yerinə yetirən 180-dən çox şirkətə qoşulmuşdur. 2011-ci ildə Expert SM şirkəti EDTP sertifikatını almışdır. Eyni vaxtda 2011- ci ildə Expert SM şirkəti Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının daimi üzvü olmuşdur.
Yarandığı gündən bəri Expert SM şirkətinin mütəxəssisləri müştərilərin xeyrinə təcrübə və dərin hüquqi bilikləri toplayaraq hər gün öz bacarıqlarını təkmilləşdirirlər. Növbəti işə başladıqda biz öz peşəkarlığımızı sözlə deyil, əməllərimizlə təsdiq edirik. Bütün təşkilati-hüquqi formalarda müəssisələrin qeydə alınmasını həyata keçiririk, həmçinin Azərbaycanda biznesin aparılması ilə bağlı bütün məsələlərdə məsləhət veririk.
Expert SM Beynəlxalq hüquq və konsaltinq şirkətinə müraciət etməklə, siz Azərbaycanda qeydiyyat məsələsi, biznesin aparılması, həmçinin Azərbaycanda investisiya siyasətinin xüsusiyyətləri barədə əlverişli və hərtərəfli hüquqi məsləhət alacaqsınız. Gələcəkdə bizim hüquq şirkətinin mütəxəssisləri hüquqi yardımı göstərərək, mühasibatlıq və audit xidmətlərini təmin edərək, sizin fəaliyyətinizə qismən və yaxud da, tam müşayiəti təmin edəcəkdir.
İşçi heyyəti iqtisadiyyat və hüquq sahəsinin mütəxəssislərindən ibarətdir. Şirkətimizin işində çoxistiqamətli təcrübəli mütəxəssislər iştirak edir. İşin çətinliyindən asılı olmayaraq, bizim mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, şirkətin nüfuzunu məsuliyyətli və etibarlı tərəfdaş qismində formalaşdırmışlar.
Bizim mütəxəssislər nəinki qüvvədə olan qanunvericiliyi bilir, həm də, daxili qanunvericilikdə və sahibkarlıq fəaliyyətini tənzimləyən beynəlxalq hüquqi aktlarda baş verən dəyişikliklərini və öz tərəfdaşlarının hüquqi yurisdiksiyasına aid qanunvericiliyi və orada baş verən dəyişiklikləri izləyir. Bundan başqa, uzunmüddətli təcrübə fəaliyyəti sayəsində Expert SM şirkətinin hüquqşünasları dövlət orqanlarında və beynəlxalq təşkilatlarda təqdim edilən sənədlərin rəsmiləşdirilməsində olan tələblərlə tanışdılar. Bununla yanaşı, Expert SM Hüquq və Konsaltinq şirkətinin mütəxəssisləri yerli və beynəlxalq müqavilə hüququ sahəsində dəyərli məsləhətlər verir.
Əgər sizə Azərbaycanda şirkət qeydiyyatı lazım olarsa bizim mütəxəssislər təşkilati-hüquqi forma seçimində, sənədlər paketinin hazırlanması və dövlət orqanları ilə hüquqi yazışmanın düzgün aparılmasında yardım göstərəcək. Biz müştəri maraqlarının məxfiliyinə, qanunilik və prioritet prinsiplərinə riayyət edirik. Bizimlə Azərbaycanda biznesin aparılması, sizin üçün səmərəli və təhlükəsiz olacaq.
Əgər sizə Azərbaycanda hüquq xidmətləri lazım olarsa, Expert SM şirkətinə müraciət edin. Biz sizə yardım edəcəyik!