
Azərbaycanda yaşama icazəsi əcnəbilərin ölkədə qanuni yaşamasına imkan verən rəsmi bir sənəddir. Bu sənəd yaşamaq, işləmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya ölkədə başqa əsaslarla qalmaq istəyən insanlar üçün tələb olunur. Əgər siz Azərbaycanda yaşama icazəsi əldə etmək istəyirsinizsə, bu icazənin iki əsas növü olduğunu bilməlisiniz: müvəqqəti yaşama icazəsi və daimi yaşama icazəsi. Onların hər birinin öz şərtləri və üstünlükləri var və sizin seçim məqsədiniz və tərcihinizə görə dəyişə bilər.
Müvəqqəti yaşama icazəsi əcnəbilərə məhdud müddət ərzində Azərbaycanda qanuni əsaslarla yaşamaq hüququ verir. Bu sənəd ilkin müraciət əsası saxlanılmaqla hər dəfə bir il müddətinə uzadmaq imkanı ilə verilir.
Əgər Siz Azərbaycanda işləyirsiniz, oxuyursunuz, iqtisadiyyata sərmayə qoyursunuz və ya Azərbaycan vətəndaşı olan qohumlarınız varsa, Azərbaycanda müvəqqəti yaşamaq icazəsi ala bilərsiniz. Bunun üçün sənədlər paketini toplayıb Dövlət Miqrasiya Xidmətinə ərizə təqdim etmək lazımdır. Yaşayış icazəsi 12 aya qədər müddətə verilir və zəruri şərtlər yerinə yetirildiyi təqdirdə 24 aya qədər uzadıla bilər. Azərbaycan iqtisadiyyatına ən azı 500 000 manat həcmində investisiya yatırıldığı halda, əcnəbiyə tələb olunan müddətə, ən çox 3 ilədək müvəqqəti yaşamaq icazəsi verilir. Müvafiq tələblərə riayət edildiyi təqdirdə bu icazə hər dəfə eyni müddətə uzadıla bilər.
Daimi yaşama icazəsi əcnəbilərə Azərbaycanda uzunmüddətli əsaslarla yaşamağa imkan verir. Müvəqqəti icazədən fərqli olaraq, onun əldə edilməsi bir sıra əlavə şərtlərin yerinə yetirilməsini tələb edir. Daimi yaşama icazəsinə sahib olan şəxslər daha geniş hüquqlara malik olur və gələcəkdə Azərbaycan vətəndaşlığına iddia edə bilərlər.
Əgər ölkədə daimi olaraq qalmağı planlaşdırırsınızsa, daimi yaşama icazəsi Sizin üçün ideal bir həll olacaqdır. Onun əldə edilməsi üçün çox zaman əhəmiyyətli investisiyaların (məsələn, daşınmaz əmlaka və ya biznesə) qoyulduğunu sübut etmək və ya uzun müddət ərzində Azərbaycanda müvəqqəti əsaslarla yaşamaq tələb olunur. Daimi yaşama icazəsi 5 il müddətinə verilir və eyni müddətə uzadıla bilər.
Yaşayış icazəsi əldə etmək üçün ilk növbədə məqsədinizi müəyyən etməlisiniz: Azərbaycanda işləmək, biznes qurmaq, yoxsa ailə birləşməsi üçünmü müraciət edirsiniz? İkinci və ən vacib addım isə sənədlərin toplanmasıdır. Bu mərhələdə mütəxəssislərimiz sizə peşəkar dəstək göstərəcək və yalnız Miqrasiya Xidmətinə müraciət üçün zəruri olan sənədlərin hazırlanmasında kömək edəcəklər. Expert SM şirkəti tez-tez rast gəlinən səhvlərdən yayınmağınıza və müraciət üçün ideal sənəd paketini hazırlamağınıza dəstək olacaq.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, müvəqqəti yaşama icazəsinin əldə edilməsi (uzadılması) üçün əsaslar aşağıdakılardır:
- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq;
- Azərbaycan Respublikasının iqtisadiyyatına ən azı 500 000 AZN məbləğində investisiyanın yatırılması;
- dəyəri azı 100 000 manat məbləğində olan daşınmaz əmlaka sahib olmaq və ya Azərbaycan Respublikasının banklarında eyni məbləğdə pul vəsaitinin mövcudluğu;
- Azərbaycan Respublikasının banklarına müddətli əmanət müqaviləsi əsasında ən azı 100 000 manat məbləğində pul vəsaitinin yerləşdirilməsi;
- nominal dəyəri azı 100 000 manat olan dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) azı 51 faizi dövlətə məxsus olan hüquqi şəxslərin eyni məbləğdə investisiya qiymətli kağızlarına sahiblik;
- iqtisadiyyat, sənaye, hərbi sahə, elm, mədəniyyət, idman və digər istiqamətlər üzrə yüksək ixtisaslı mütəxəssis olmaq;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə yaxın qohumluq;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxsin filial və ya nümayəndəliyində rəhbər vəzifəsini və ya onun müavini vəzifəsini tutmaq;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
- qanunvericilikdə nəzərdə tutulan digər hallar (ətraflı məlumat üçün mütəxəssislərimizlə əlaqə saxlayın)..
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, daimi yaşama icazəsinin əldə edilməsi (uzadılması) üçün əsaslar aşağıdakılardır:
- Bank depoziti: Yerli bankda müddətli depozit müqaviləsi əsasında 200 000 manatdan (təxminən 120 000 ABŞ dolları) az olmayan məbləğdə yatırım daimi yaşama icazəsi üçün əsas sayıla bilər.
- Əmlak investisiyaları: 200 000 manatdan (təxminən 120 000 ABŞ dolları) az olmayan məbləğdə əmlak alışı da müvəqqəti yaşama icazəsi almaq üçün əsas sayılır.
- İqtisadiyyata investisiyalar: Azərbaycan iqtisadiyyatına ən azı 500 000 manat (təxminən 295 000 ABŞ dolları) investisiya edən xarici investorlar daimi yaşama icazəsi üçün müraciət etmək hüququna malikdirlər.
- Fərdi sahibkarlar: Rəsmi olaraq ən azı beş Azərbaycan vətəndaşını tam ştatda işlə təmin edən əcnəbilər daimi yaşama icazəsi ala bilərlər.
- Xarici şirkətin filialında rəhbər vəzifəsi: Azərbaycandakı xarici şirkətin nümayəndənliyi və ya filialında rəhbər və ya rəhbərin müavini kimi çalışan xarici vətəndaşlar da daimi yaşama icazəsi ala bilərlər.
- Qiymətli kağızlara investisiyalar: Azərbaycanda qeydə alınmış qiymətli kağızlara ən azı 200.000 manat (təxminən 120.000 ABŞ dolları) investisiya qoyuluşu da daimi yaşama icazəsi alma üçün məqbul əsasdır.
- Xarici kapitalı olan şirkətdə iştirak: Əgər əcnəbi (xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs) xarici investisiyalı şirkətin direktoru və ya təsisçisidirsə və ödənilmiş nizamnamə kapitalı ən azı 100 000 manatdırsa (təxminən 60 000 ABŞ dolları), həmin əcnəbi daimi yaşama icazəsi ala bilərlər.
- Ailə əlaqələri: Azərbaycan vətəndaşları ilə yaxın qohumluq əlaqəsində olan və ya daimi yaşama icazəsi sahiblərinin ailə üzvləri olan xarici vətəndaşlar daimi icazəsi əldə etmək üçün müraciət edə bilərlər.
Mütəxəssislərimiz məhz sizin işiniz barədə daha ətraflı məlumat verəcək və lazım olan bütün sənədləri hazırlayacaqlar.
Azərbaycanda yaşayış icazəsi almağın ən önəmli üstünlüyü üstünlüyü, çoxsaylı imkanlar açan qanuni əsaslarla yaşamaq hüququdur. Bu imkanlara bank xidmətlərindən istifadə, uşaqların yerli məktəblərdə təhsil alması, bizneslə məşğul olmaq imkanı və zamanla vətəndaşlıq almaq şansı daxildir.
Yaşayış icazəsi alma prosesi, bürokratiya maneələri və xarici vətəndaşların yerli qanunvericiliyi, həmçinin yaşayış icazəsi üçün sənəd təqdim etmə qaydaları barədə biliyinin olmaması səbəbilə mürəkkəb ola bilər. Məhz buna görə də, yerli qanunvericiliyin bütün nüanslarını bilən peşəkarlara müraciət etməyi məsləhət görürük. Siz kağız işləri ilə yox, öz planlarınızla məşğul olasınız deyə, “Expert SM” hüquq şirkəti konsultasiya və müşayiət xidmətləri təklif edir.