Partnyorlarımız

Pravovoy Alyans
legal alliance logo

“Pravovoy Alyans” (Ukrayna) hüquq şirkəti 1995-ci ildə yaradılmışdır.

Ukrainian Law Firms 2010 soraq kitabçasının məlumatına görə 2010-2011-ci illərdə. A Handbook for Foreign Clients-də “Pravovoy Alyans” hüquq şirkəti Ukraynanın əczaçılıq hüququ sahəsində №1 Şirkət adlandırılmışdır.

2011-ci ildə Pravovoy Alyans “Za razvitiye farmasevtiçeskoqo prava” nominasiyasında “Ukrainskiy yuridiçeskiy olimp” mükafatının laureatı olmuşdur. “Yuridiçeskaya praktika” həftəlik jurnalının reytinqinə əsasən şirkət Ukraynanın ən yaxşı hüquq şirkətlərinin siyahısına daxildir, həmçinin dəfələrlə nüfuzlu beynəlxalq «The Legal 500» soraq kitabı tərəfindən qeyd edilmişdir.

“Pravovoy Alyans” hüquq şirkətinin ixtisaslaşmasında hakim mövqe əczaçılıq nümayəndəliklərinin fəaliyyətinin kompleks şəkildə müşayiət olunmasından ibarətdir.

Əczaçılıq və tibbi hüquq sahəsində işlədiyi illər ərzində Şirkətin hüquqşünasları dərman vasitələrinin qeydiyyatında, tibbi praktikanın lisenziyalaşdırılmasında və dərman vasitələrinin istehsalında, dövlətdən tədarükün (tenderlər) alınması üsullarının müşayiət olunması, istehlakçılar ilə mübahisəli vəziyyətlərin həllində istehsalçıların hüquqların qorunmasında əvəzolunmaz təcrübə əldə etmişdirlər. “Pravovoy Alyans” hüquq şirkətinin müştəriləri 400-dən artıq ukrayna və xarici şirkət və korporasiyalardır.

5 Stars Global
global logo

5 Stars Global xarici daşınmaz əmlaka, inkişaf layihələrinə və investisiya fondlarına ağıllı investisiyalar sahəsində 10 ildən artıq təcrübəyə malik peşəkarlardan ibarət komandadır.

5 Stars Global əməkdaşlarının yüksək peşəkarlığı sayəsində şirkətin müştəriləri hər zaman yalnız yüksək keyfiyyətli və ən təhlükəsiz investisiya təklifləri alırlar.

Tətil və ya köçmək üçün xaricdə daşınmaz əmlak almaq istəyən müştərilər üçün 5 Stars Global ekspertlərindən ibarət komanda müştəriyə düzgün və yüksək keyfiyyətli sərmayə qoyuluşuna zəmanət vermək üçün həm maraqlandıran ölkədə daşınmaz əmlak bazarının, həm də konkret investisiya obyektinin ən dərin təhlilini aparacaq.

Dəmir Əzizova
denir aziziva logo

1997-ci ildə başlayan varlığımız bu gün DEMİR & AZİZOVA Hüquq Bürosu olaraq dərin hüquqi və iş təcrübəsi ilə davam edir.

Harada olursunuzsa olun, biz müştərilərimizin və biznes sahiblərimizin maraqlarına uyğunlaşdırılmış geniş çeşiddə təklif etdiyimiz həllərlə etibarlı iş ortağı kimi hər zaman yanınızdayıq.

Ofisimiz iş sahibinin ehtiyac duyduğu sahələrdə, məqsədə uyğun olaraq, həll yönümlü və üzvi yaxınlıqla xidmət etməyi hədəfləyir. Bu kontekstdə əsas məqsədimiz zamanın ən dəyərli sərmayə olduğu günümüz dünyasında həllə ən səmərəli və ən sürətli şəkildə çataraq, yaxından çalışaraq iş sahibinə əlavə dəyər təmin etməkdir.

Sərhədlərin mənasını itirdiyi müasir dünyada ofisimiz, sahəsindən asılı olmayaraq, şərq və qərb baxışı ilə biznes sahiblərinin qlobal ehtiyaclarına yerli bir baxışla ən təsirli həlli istehsal etməyə çalışır.

Adres: Barbaros Mah. Beqonya küçəsi No.3 Nidakule, Ataşehir Şimal, Kat17/158 İstanbul – TÜRKİYƏ
Telefon: +90 216 988 02 22
E-mail: info@demir-azizova.com
Vəkil bürosu

RAKEZ (Ras Al Khaimah İqtisadi Zonası)

2017-ci ildə əsası qoyulan RAKEZ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras Al Khaimah hökuməti tərəfindən yaradılmış və bütün növ ofşor şirkətlər üçün qeydiyyat və əməliyyat imkanlarını təmin edən, həmçinin ofislər, anbarlar, logistika binaları, sənaye şirkətləri üçün və digər biznes obyektləri təklif edən bir qurumdur.

ECONOMIC DISPUTES

Biz Belarusun, MDB ölkələrinin və Avropanın dövlət və arbitraj məhkəmələrində müştərilərin işlərinin dəstəklənməsi üzrə böyük təcrübəyə malik olan İqtisadi Mübahisələr üzrə hüquq firmasını təmsil edirik. Bundan əlavə, biz 30-dan çox müxtəlif ölkədən xarici hüquq firmaları ilə geniş partnyor şəbəkəsi yaratmış və 50-dən çox tərəfdaşlıq müqaviləsi imzalamışıq. Bizim dəstək sahələrimiz məhkəmə borclarının yığılması, ekzekvatura, Belarusda və xaricdə şirkətlərin yaradılması, eləcə də sahibkarlıq subyektlərinə müxtəlif hüquqi məsələlər üzrə məsləhətlərin verilməsini əhatə edir. Bizim səriştə və etibarlılığımızın göstəricisi müştərilərdən çoxlu müsbət rəylər, sertifikatlarımız, elmi fəaliyyətimiz, həmçinin beynəlxalq reytinqlərdə iştirakımızdır.

Komandamız bir neçə xarici dildə sərbəst danışan 12 yüksək ixtisaslı hüquqşünasdan ibarətdir. Yerli və beynəlxalq hüquq sahəsində təcrübə bizim hüquqşünaslarımıza nəinki xarici müştərilərlə sərbəst danışıqlar aparmağa, həm də bütün lazımi sənədləri müvafiq dildə asanlıqla tərtib etməyə, dövlət qurumları, məhkəmələr, opponentlər ilə telefonla əlaqə saxlamağa və imkan daxilində məhkəmə iclaslarında iştirak etməyə imkan verir. Şirkətimiz həmçinin biznesin hüquqi dəstəyi üzrə ixtisaslaşmışdır və xaricdə müştərilərin maraqlarını effektiv şəkildə təmsil edir.

Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.