Expert SM - hüquq və biznes konsaltinq şirkəti

20 İLDƏN
çox təcrübə

Biz sizə şirkətin yaradılması və qeydiyyatı, onun fəaliyyətinin qismən və ya tam dəstəklənməsi, sənədlərin hazırlanması və icrası, uğurlu fəaliyyəti üçün zəruri olan lisenziyaların alınması və sair vacib olan məsələlərin həllində öz peşəkar xidmətlərimizi təklif edirik. 

«Expert SM» hüquq şirkəti təqdim etdiyi xidmətlərin ən yüksək səviyyəyə uyğun olduğuna zəmanət verir. Biz ölkənin mövcud qanunvericiliyində baş verən dəyişiklikləri diqqətlə izləyirik və dövlət orqanlarının tələblərini nəzərə almaqla, istənilən növ sənədlərin tərtib edilməsində, zərurət yarandıqda mütəxəssislərimiz bağladığınız əqdlərin şərtlərinin razılaşdırılmasında iştirak edə bilərlər.

0
İl İş Təcrübəsi
0
Müştərilər
0
Layihələr
0
%
Peşəkar Məsuliyyət
BİZİM XİDMƏTLƏRİMİZ
Expert SM hüquq şirkəti aşağıdakı xidmətləri göstərir

HÜQUQ XİDMƏTLƏRİ

Şəxsi və korporativ hüquqi məsləhət xidmətlərinin göstərilməsi

MİQRASİYA XİDMƏTLƏRİ

Miqrasiya xidmətləri işəgötürənlərə və xarici vətəndaşlara təklif olunan xidmətlərdir

AUDİT VƏ KONSALTİNQ

Şirkətin prioritet sahəsi qiymətləndirmə və konsaltinq sahəsində peşəkar xidmətlərin göstərilməsidir

BEYNƏLXALQ VERGİ PLANLAŞDIRMASI

Beynəlxalq vergi planlaşdırması-vergi üstünlükləri əldə etmək üçün istifadə olunan qanuni metod və vasitəsidir.

BEYNƏLXALQ ARBİTRAJ

Tez-tez
verİlən suallar

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

Şirkətlərin açılması vergi orqanlarında həyata keçirilir. Nizamnamə, hüquqi ünvan haqqında sənəd – mülkiyyət hüququnu təsdiq edən sənədin surəti (əhalinin qeyri-müəyyən hissəsi tərəfindən “kupça” adlandırılan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”), sahibinin razılıq ərizəsi və şəxsiyyətini təsdiq edən sənədin surəti notarial qaydada tədiq edilir.

İki təsisçi olduğu halda təsis müqaviləsi və paylar müəyyənləşdirilir. Şirkətin yaradılması haqqında qərar və Dövlət rüsumu – 15 (on beş) manat ödənilir.

Bütün sənədlər müvafiq qaydada hazırlandıqdan sonra vergilər idarəsinə təqdim edilir. Təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyi təqdirdə hüquqi şəxs 3 (üç) iş günü ərzində qeydiyyata alınır.

Hüquqi şəxs qeydiyyata alındıqdan sonra müştərinin seçim etdiyi bankda hesab açmaq üçün prosedura başlanılır. Bunun üçün möhür hazırlanır, şirkətin bütün təsis sənədləri (nizamnamə, reyestrdan çıxarış və VÖEN)  və direktorun təyin edilməsi barədə qərar ilə birlikdə banka yaxınlaşaraq hesab açılır. Hesabın açılması bankdan asılı olaraq  onlayn və oflayn qaydada həyata keçirilir.

Bütün bu sənədlər hazır olduqdan sonra banka müştəri üçün hesabların açılması təmin edilir. Bu prosedurlardan sonra şirkət yerli qanunvericiliyə uyğun olaraq tam fəaliyyətə başlaya bilər.

Sifarişçi tender komissiyasını formalaşdırır, daha sonra tenderin əsas şərtlər toplusunu hazırlayır və nəhayət, tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir və ya mal göndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir.

Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə, rəsmi internet saytında verilməlidir.

İkimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə, rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir. Satınalan təşkilat açıq tender elanı verməklə yanaşı, mal göndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərə bilər.

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) migration.gov.az, elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinə və ya “ASAN xidmət” mərkəzlərinə təqdim etməlidir.

HƏR BİR ADDIMINIZ BİZİMLƏ, SİZİN UĞURA ADDIMINIZDIR!
Nədən bizi seçdiyinizi birdə biz deyək…

Artıq 20 ildir ki, hüququn bütün sahələrini verdiyimiz profesional xidmət əhatə edir

Xarici və yerli aparıcı şirkətlərininə hüquq və mühasibat dəstəyini təmin edirik

Şirkətin xarici fiziki, və hüquqi şəxslərinə onların tələb etdiyi dildə hüquq yardımı göstərməyə qadirik

Şirkətin xarici fiziki, və hüquqi şəxslərinə onların tələb etdiyi dildə hüquq yardımı göstərməyə qadirik

rbc logo
Артем Жаков
RBC INTERNATIONAL
Директор
Благодаря основному принципу работы ООО «Эксперт-СМ» – формирование партнерских отношении с клиентами, основанных на взаимном сотрудничестве и профессионализме, компания занимает, на наш взгляд, стабильное положение в сфере оказания качественных юридических и бухгалтерских услуг. Также выражаю благодарность юристам и бухгалтерам данной компании за эффективное оказание качественных юридических, а именно миграционных и бухгалтерских услуг, оперативность выполнения заданий, внимательное отношение к Заказчику.
storz logo
Bəşirov Taley Ağali oğlu
Kral Storz SE & CO. KG
Direktor
Ekspet-SM” Şirkəti bizə hüquq və mühasibat uçotu sahəsində çox sayılı xidmətlər göstərib. Bizim münasibət və əməkdaşlıq təcrübəmizi nəzərə alaraq “Kral Storz SE & CO. KG” Şirkətin Azərbaycan Respublikasındaki Nümayəndəliyi Expert SM” şirkətini peşəkar və etibarlı tərəfdaş kimi tövsiyə edir.
HƏYATINIZDA HƏR HANSI BİR HÜQUQİ PROBLEMİNİZ VARSA …
Biz buradayıq
Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.