Partnyorlarımız PDF faylını al Çap E-poçt

“Pravovoy Alyans” (Ukrayna) hüquq şirkəti 1995-ci ildə yaradılmışdır.

Ukrainian Law Firms 2010 soraq kitabçasının məlumatına görə 2010-2011-ci illərdə. A Handbook for Foreign Clients-də “Pravovoy Alyans” hüquq şirkəti Ukraynanın əczaçılıq hüququ sahəsində №1 Şirkət adlandırılmışdır.

2011-ci ildə Pravovoy Alyans “Za razvitiye farmasevtiçeskoqo prava” nominasiyasında “Ukrainskiy yuridiçeskiy olimp” mükafatının laureatı olmuşdur. “Yuridiçeskaya praktika” həftəlik jurnalının reytinqinə əsasən şirkət Ukraynanın ən yaxşı hüquq şirkətlərinin siyahısına daxildir, həmçinin dəfələrlə nüfuzlu beynəlxalq «The Legal 500» soraq kitabı tərəfindən qeyd edilmişdir.

 “Pravovoy Alyans” hüquq şirkətinin ixtisaslaşmasında hakim mövqe əczaçılıq nümayəndəliklərinin fəaliyyətinin kompleks şəkildə müşayiət olunmasından ibarətdir.

Əczaçılıq və tibbi hüquq sahəsində işlədiyi illər ərzində Şirkətin hüquqşünasları dərman vasitələrinin qeydiyyatında, tibbi praktikanın lisenziyalaşdırılmasında və dərman vasitələrinin istehsalında, dövlətdən tədarükün (tenderlər) alınması üsullarının müşayiət olunması, istehlakçılar ilə mübahisəli vəziyyətlərin həllində istehsalçıların hüquqların qorunmasında əvəzolunmaz təcrübə əldə etmişdirlər. “Pravovoy Alyans” hüquq şirkətinin müştəriləri 400-dən artıq ukrayna və xarici şirkət və korporasiyalardır.