Kommersiya təcrübəsi

Kommersiya təcrübəsi – “Expert SM” Hüquq Şirkətinin fəaliyyətinin aparıcı istiqamətlərindən biridir. Biz biznesin inkişafının bütün mərhələlərində onu  müşayiət edirik: şirkətin qeydiyyatından tutmuş cari fəaliyyətinin  kompleks hüquqi dəstəyinə qədər.

Azərbaycan üzrə fəaliyyət göstərən hüquq şirkətimiz 20 ildən artıq təcrübəyə malikdir və aşağıdakı hüquqi məsələlərin həllini təmin edir:

  • əməliyyatlar, investisiyalar və restrukturizasiya zamanı hüquqi auditin (Due Diligence) aparılması;
  • kommersiya müqavilələrinin hazırlanması və təhlili,
  • korporativ dəyişikliklərin və daxili prosedurların müşayiəti;
  • tərəfdaşlar, kontragentlər və səhmdarlar arasında mübahisələrin həlli;
  • rəqabət hüququnun tələbləri və qanunvericiliyə riayət olunması məsələləri üzrə məsləhətləndirmə.

Biz müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə – farmasevtika və tikintidən tutmuş İT və internet texnologiyalarına qədər – əməkdaşlıq edir və hər bir sahənin spesifikasını nəzərə alan praktik və biznes yönümlü həllər təklif edirik.

Expert SM-in kommersiya hüququ sahəsində göstərdiyi hüquqi xidmətlər – operativ həllər, strateji yanaşma və biznesin istənilən hüquqi məsələlərdə etibarlı qorunması deməkdir.

HƏR HANSI BİR SUALINIZ VARMI?
Biz məmnuniyyətlə sizə kömək edəcəyik.
Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.