«EXPERT SM» hüquq şirkətində korporativ, ailə, vergi və xarici miqrasiya hüququ sahəsində mütəxəssislər çalışır. Biz fərdi müştərilərin ehtiyaclarının kompleks həllini təklif edirik: xarici banklarda şəxsi hesabların açılması, aktivlərin qorunması, yaşayış icazəsinin alınması. Bizim işimizin xüsusiyyətləri: hər bir müştəriyə fərdi yanaşma və məlumatların məxfiliyini qorumaq prinsipləri əsasında uzunmüddətli əlaqələr qurmaqdır.
«EXPERT SM» şirkətinin fəaliyyətində aparıcı istiqamətlərdən biri də fiziki şəxslərə və onların ailə üzvlərinə şəxsi məsələlərin həllində hərtərəfli hüquqi xidmət göstərilməsidir.
Fiziki şəxslər sahib olduqları müxtəlif növ aktivlərin müxtəlif ölkələrdə yerləşməsinə görə öz aktivlərini saxlamaqda və idarə etməkdə çətinliklərlə rastlaşırlar.
Bu səbəbdən, müştərilər aktivlərin yüksək səviyyədə saxlanmasını və mühafizəsini təmin edə bilən, onlar üçün rahat və hüquqi cəhətdən düzgün həlli yollarını tapan, həmçinin mülkiyyət hüququnun qeydiyyatı üçün dəstək göstərən mütəxəssislərdən ixtisaslı yardım ala bilərlər.
Xidmətlər:
- Xarici banklarda hesabların açılması
- Daşınar və daşınmaz əmlakın qeydiyyatı
- Rezident kartı
- Fiziki şəxslər üçün vergi planlaması
- Özəl fondlar və trastlər