“EXPERT SM” beynəlxalq hüquq və konsaltinq şirkəti, fiziki və hüquqi şəxslərin biznesinin qiymətləndirmə fəaliyyətini həyata keçirir.
Biznesin qiymətləndirilməsinin əsas məqsədi şirkətinizin maliyyə resurslarının optimallaşdırılmasına yol açmaqdır. Bundan əlavə əsas və dövriyyə vəsaitlərin qiymətləndirilməsi şirkətin brendləşməsinə əlavə stimul verir.
Qiymətləndirmə qrupu bu gün qiymətləndirmə sahəsində böyük təcrübəyə malikdir, ən yüksək səviyyədə xidmət, yerinə yetirilən işin dəqiqliyi və keyfiyyətini təmin edir.
2006-cı ilin oktyabr ayında Azərbaycan Milli Bankının təqdimatı ilə Azərbaycan Milli Bankının və Azərbaycan İpoteka Fondunun qərarı ilə qrupun əməkdaşları ipoteka kreditləşməsinə xidmət göstərən təşkilatların tərkibinə daxil edilmişdir.
Qrupumuzun Zaqatala qoz-fındıq zavodu, Ağdaş Ticarət Mərkəzi, Bakıda yerləşən Sabunçu Trikotaj Fabriki və s. kimi əsas işləri var. Bu yaxınlarda «Bakсell LTD» MMC-nin SGS-kompleksində qiymətləndirmə işləri aparılmışdır.
Qrupun qiymətləndirmə və ipoteka kreditləşməsi üzrə tərəfdaşları «Kapital Bank», «Unibank», «Muğanbank» kimi banklardır.
Qiymətləndirmə hesabatı beynəlxalq standarta uyğun olaraq video materiallar əlavə edilməklə yazılı sənədlər paketi şəklində təqdim olunur.
Xidmətlərimiz
- bütün biznes növlərinin qiymətləndirilməsi
- müəssisənin investisiyadan əvvəl qiymətləndirilməsi
- binaların, tikililərin, evlərin (villaların), mənzillərin qiymətləndirilməsi
- ipoteka krediti üçün mənzillərin qiymətləndirilməsi
- torpaq sahələrinin, bağ evlərinin, kotteclərin qiymətləndirilməsi
- sexlərin, fabriklərin avadanlıqlarının qiymətləndirilməsi
- avtomobil nəqliyyatı şirkətlərinin və qarajların qiymətləndirilməsi
- nəqliyyat vasitələrinin qiymətləndirilməsi (bütün markalar)
- fiziki və hüquqi şəxslərin səhmlərinin qiymətləndirilməsi
- restoran və restoran biznesinin qiymətləndirilməsi
- məhkəmə üçün müəssisənin qiymətləndirilməsi
- bölmə, birləşmə, balansa götürmə, alqı-satqı üçün müəssisənin dəyərinin qiymətləndirilməsi
- əmlakın, müəssisənin nizamnamə kapitalına daxil edilməsi üçün daşınmaz əmlakın qiymətləndirilməsi
- fiziki və hüquqi şəxslərə dəyən zərərin qiymətləndirilməsi