Mühasibat xidmətləri

Günümüzdə vergi və maliyyə sahəsində  mövcud olan problemlər yerli və xarici şirkətlər üçün olduca aktualdır.

Əksər vaxtlarda, yeni fəaliyyət göstərən şirkətlərin yüksək ixtisaslı mühasib saxlamaq imkanı olmur,  təcrübəsiz mühasiblərin xidmətləri  isə ciddi problemlərə gətirib çıxarır.

«EXPERT SM» şirkəti mühasibat uçotu, vergi, kadrlar uçotu və  audit sahəsindəki problemlərinizi həll etmək üçün kifayət qədər təcrübə və  resurslara malikdir.

Mühasibatlıq xidmətlərinin həyata keçirilməsi çərçivəsində «EXPERT SM» şirkəti müştərinin ofisinə xüsusi mütəxəssis təqdim edə və ya öz ofisindən bütün lazımi əməliyyatların uzaqdan icrasını həyata keçirə bilər.

Şirkətimiz tərəfindən göstərilən mühasibatlıq xidmətlərindən istifadə etməklə siz aşağıda qeyd edilən üstünlükləri əldə edəcəksiniz:

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə tam uyğun aparılması;
  • Mühasibat prosesini təmin etmək üçün xərclərinizin azalması;
  • Mühasibat, vergi və statistik hesabatların vaxtında təqdim edilməsi;

Bundan əlavə, siz vergi, maliyyə və mühasibat hesabatları üzrə ödənişsiz məsləhətlər alacaqsınız.

Şirkətimizdə mühasibat uçotu və audit xidmətlərini seçməklə siz peşəkarların dəstəyinə müraciət edəcək və şirkətinizin bütün maliyyə əməliyyatlarının keyfiyyətlə aparılmasına əmin olacaqsınız.

HƏR HANSI BİR SUALINIZ VARMI?
Biz məmnuniyyətlə sizə kömək edəcəyik.
Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.