Kiçik və orta biznesdə kadr uçotunun aparılması çox vaxt mühasiblərin, katiblərin və digər işçilərin üzərinə düşür. Bunun nəticəsi olaraq, kadr uçotunun düzgün aparılmamasına, rəsmi sənədlərin olmamasına gətirib çıxarır, bu da işəgötürən və işçilər arasında narazılıq və mübahisə hallarını yaradır.
Bir xidmət olaraq, Şirkətin kadr uçotu işinin təşkili, yəni, işçilərin işə qəbulu, işdən azad edilməsi, başqa vəzifəyə dəyişdirilməsi, habelə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda qeyd edilən sənədləşmə işləri tam qaydada təhvil verməyi təklif edirik:
- əmək müqavilələri və onlara dair əlavələr;
- əmək kitabçaları;
- əmrlər (işə qəbul və işdən azad edilmə, illik məzuniyyət və ya öz hesabına məzuniyyət verilməsi, mükafat və ya intizam tənbehi tətbiq edilməsi və s.);
- ştat cədvəli və ona dəyişikliklər edilməsi barədə əmrlər;
- ezamiyyə vərəqələri;
- işçilərin iş vaxtının uçot cədvəlləri;
- vəzifə təlimatları və əmək funksiyaları;
- tam maddi məsliyyət müqavilələri;
- konfidensiallıq müqavilələri.
HƏR HANSI BİR SUALINIZ VARMI?
Biz məmnuniyyətlə sizə kömək edəcəyik.