Komandamız

ubhan-e1701181238971-1.png

Məmmədov Sübhan Zakir Oğlu

“Ekspert SM” şirkətinin Direktorudur

Məmmədov Sübhan Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. O, hüquq üzrə pedaqoji fəaliyyətlə məşğul olmuş, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsində, Məhkəmə Ekspertizası Mərkəzində məsul vəzifələrdə çalışmış, “Qrup 4” şirkətinin Bakı Nümayəndəliyinin Hüquq Departamentinin rəhbəri olmuşdur. 2005-ci ildən bugünədək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Artıq Məmmədov Sübhan 2002-ci ildən “Ekspert SM” Beynəlxalq Hüquq və Biznes Konsaltinq Şirkətinin Direktorudur. O, bir çox layihələrdə iştirak edib, çoxsaylı müvəffəq olan proektləri aparıb. Vergi hüququ, müqavilə hüququ, intellektual mülkiyyət, korporativ hüquq və digər sahələr üzrə ixtisaslaşmışdır. O, Azərbaycan, rus və ingilis dillərində səlis danışır.

Atayev-Ilham-new

ATAYEV İLHAM ƏHMƏD

“Ekspert SM” şirkətinin Direktor Müavinidir

Atayev İlham Qərb Xəzər Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistratura pilləsini bitirmişdir. Müxtəlif şirkətlərdə hüquq sahəsində 15 ildən çox iş təcrübəsi var. Xüsusilə, o, təxminən on il müddətində vergi və hüquq sahəsində xidmət göstərən “HGSM” MMC-də direktor vəzifəsində çalışıb. Bundan əlavə, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini «Mühasibat uçotu, iqtisadi fəaliyyətin nəzarəti və analizi» ixtisası üzrə bitirmişdir. Hüquq praktikası başlamazdan əvvəl təxminən 15 il mühasib vəzifəsində çalışıb. Xüsusilə, o, neft sektorunda fəaliyyət göstərən müəssisədə baş mühasib kimi çalışmışdır. Bundan əlavə, müxtəlif illərdə “Big Four”a aid olan iki beynəlxalq audit şirkətində işləmişdir, konkret olaraq: “Price Waterhouse Coopers” şirkətinin Azərbaycan filialında mühasibat uçotu meneceri və “KPMG Azerbaijan” şirkətində vergi meneceri vəzifələrində. Həmçinin Azərbaycanın aparıcı sığorta şirkətlərindən birində maliyyə və hüquq sahəsində uzun illər (ümumilikdə 9 ildən çox) iş təcrübəsi vardır. Mühasibat uçotu sahəsində ekspert biliklərinə görə Atayev İlham Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.08.2005-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə yaradılmış Mühasibat Hesabatı üzrə Məsləhət Şurasının tərkibinə daxil edilmişdir.

Üç müxtəlif iqtisadi sahədə (texniki-mühəndis, iqtisadi və hüquq sahələri) nəzəri biliklər və praktik təcrübə sayəsində o, risklərin idarə olunması sahəsində də uğurla fəaliyyət göstərib və 9 ildən artıq müddət ərzində yerli audit şirkətlərindən birində risk-meneceri vəzifəsində çalışıb. Bundan əlavə, məsləhətçi qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq risklərin idarə olunması sahəsində konsultasiya xidmətləri göstərib. Azərbaycan, rus və ingilis dillərində səlis danışır.

PSFix_20231130_104947

İsmayılov Yusif Yaşar oğlu

“Ekspert SM” şirkətinin vəkilidir

İsmayılov Yusif Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mütəxəssis, Bakı Apellyasiya Məhkəməsində katib, Azərsu ASC-də Hüquq Şöbəsinin rəisi vəzifələrində çalışmış, 2012-ci ildən bugünədək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. O, əmək mübahisələri, cinayət hüququ, kommersiya hüququ, mülki hüquq, beynəlxalq yükdaşımlar üzrə işlər, əmək mübahisələri, ailə mübahisələri, potent işləri, gömrük işləri üzrə ixtisaslaşıb. O, Azərbaycan və türk dillərində səlis danışır.

Reyhan Əmirova

Əmirova Reyhan Hüsnəddin Qızı

“Ekspert SM” şirkətinin Vəkilidir

Əmirova Reyhan Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsini magistr dərəcəsində bitirmişdir. Uzun müddət Məhkəmə Aparatında məsul vəzifələrdə və hüquq şirkətlərində hüquqşünas olaraq çalışmışdır. O, Ədalətli məhkəmə araşdırma hüququ, Konstitusiya məhkəmə icraatı və İnsan haqları üzrə Avropa Konvensiyasının müddəaları üzrə təlim kurslarını keçmiş, AR Vəkillər Kollegiyası, Avropa Şurası və Amerikan Bar Association CEELİ tərəfindən şəhadətnamələrə sahibdir. İxtisaslaşdığı sahələr: kommersiya hüququ, korporativ hüquq, inzibati hüquq, inzibati-prosessual hüquq, əmək hüququ, tibb hüququ, vərəsəlik hüququ və s. O, Azərbaycan və rus səlis danışır.

Ibrahimov-Mehman

İBRAHİMOV MEHMAN İSMAYIL

“Ekspert SM” şirkətinin Böyük Hüquqşünasıdır

İbrahimov Mehman hüquq sahəsində 30 ildən artıq təcrübəyə malik peşəkar hüquqşünasıdır. O, 1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, SOCAR-in Hüquq İdarəsi və digər müəssisələrdə aparıcı vəzifələrdə çalışıb. Azərbaycan və rus dillərində səlis danışır.

zakira

Zakira Hüseynova

“Ekspert SM” şirkətinin Hüquqşünasıdır

Zakira Hüseynova kommersiya hüququ sahəsində 30 ildən artıq peşəkar hüquqi təcrübəyə malik peşəkar hüquqşünasıdır. O, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində təhsil hüququ üzrə ixtisaslaşma ilə bitirib və sonradan təhsilini ABŞ-da davam etdirib. 1990-1995-ci illərdə o, Bakı Dövlət Universitetində Əmək Hüququ və Sosial Müdafiə Hüququ üzrə tədris vermişdir. 1996-cı ildə o, AIOC/BP-da hüquqşünas kimi işə qəbul olunub və sonradan baş hüquqşünas kimi fəaliyyətinə davam etdirmişdir. BP-dəki təxminən 30 illik (1996-2024) fəaliyyəti ərzində o, Azərbaycan, Gürcüstan və Türkiyə ofislərinə geniş hüquqi dəstək göstərmişdir. Onun ixtisas sahələri əmək hüququ, ticarət hüququ, müqavilə hüququ, korporativ hüquq, məhkəmə müdafiəsi və beynəlxalq arbitrajı əhatə edir. O, Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

İsgenderli-Aqil

İSGƏNDƏRLİ AQİL SƏHMAN

“Ekspert SM” şirkətinin vəkilidir

Quluyev İsrafil Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir. “Atəşğah” Sığorta Şirkəti, “Azerin” İnternet Provayder və bir sıra digər müəssisələrdə baş mühasib vəzifəsində çalışıb. Quluyev İsrafil 30 ildən çox baş mühasib və maliyyəçi vəzifələrində iş stajina malikdir.  Azərbaycan və rus dillərində səlis danışır.

Muradova Solmaz

Muradova Solmaz Şərafət qızı

"Expert SM" şirkətinin baş mühasibidir

Muradova Solmaz Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Mühasibat uçotunun təhlili və təftişi” fakültəsini bitirmişdir. O, Şuşa Kondensator Zavodu, Zaqatala Olimpiya Kompleksi, Bakı “4S” şirkəti və digər müəssisələrdə baş mühasib vəzifəsində çalışıb. Muradova Solmaz mühasibatlıq sahəsində 35 ildən artıq təcrübəyə malikdir. O, Azərbaycan və rus dillərində səlis danışır.

Guluyev-Israfil-new

QULUYEV İSRAFİL ALMƏMMƏD

"Ekspert SM" şirkətinin Mühasibidir

Quluyev İsrafil Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir. “Atəşğah” Sığorta Şirkəti, “Azerin” İnternet Provayder və bir sıra digər müəssisələrdə baş mühasib vəzifəsində çalışıb. Quluyev İsrafil 30 ildən çox baş mühasib və maliyyəçi vəzifələrində iş stajina malikdir.  Azərbaycan və rus dillərində səlis danışır.

HÜSEYNZADƏ AYSEL RAMİL

“Ekspert SM” şirkətinin Hüquqşünasıdır

Hüseynzadə Aysel özəl sektorda təcrübəyə malik və mülki, korporativ və müqavilə hüququ sahələrində peşəkar kompetensiyalara sahib hüquqşünas, ADA Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə məzunudur. “Ekspert SM” hüquq şirkətində Aysel şirkətlərin qeydiyyatı, sahibkarlıq fəaliyyətinin hüquqi dəstəyi, müqavilələrin hazırlanması və hüquqi ekspertizası, qanunvericiliyin təhlili və müştərilərin, o cümlədən beynəlxalq strukturların hüquqi müşavirliyi ilə məşğuldur. Onun kompetensiyaları həmçinin intellektual mülkiyyət sahəsini əhatə edir: ticarət nişanlarının qeydiyyatı və qorunması, zəruri sənədlərin hazırlanması, dövlət orqanları ilə prosedurların aparılması, həmçinin uyğunluq (compliance) və korporativ tənzimləmə məsələləri üzrə məsləhətlər. Bundan əlavə, o, daxili korporativ aktların hazırlanmasında iştirak edir və layihələrə hüquqi dəstək göstərir. Azərbaycan, rus və ingilis dillərini sərbəst bilir, detallara diqqətli, analitik yanaşmaya malikdir və hüquqi baxımdan dəqiq, strukturlaşdırılmış sənədləri hazırlaya bilir.

Mustafayeva-Nigar-new

MUSTAFAYEVA NİGAR AZAD

“Ekspert SM” şirkətinin Hüquqşünasıdır

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirmişdir, həmçinin biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə etmişdir. Korporativ prosedurların hüquqi müşayiəti, müqavilə işi, hüquqi və biznes layihələrinin analizi sahəsində ixtisaslaşır. Azərbaycanın korporativ və mülki hüququ, komplayens (compliance, due diligence) və intellektual mülkiyyətin qorunması üzrə dərin bilik və təcrübəyə malikdir. «MOVE TO AZERBAIJAN» layihəsinin meneceri.

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır. İngilis dili biliklərini təsdiq edən ECL və TESOL üzrə bir sıra beynəlxalq sertifikatlardan ibarət kvalifikasiyaya malikdir. Geniş iş təcrübəsinə malikdir. Şirkətin bütün bölmələrinə (satış, marketinq, satınalma, İT, HR) hüquqi konsultasiya göstərir. Yeni məhsulların, reklam kampaniyalarının və yeni bazarlara çıxışın hüquqi risklərini qiymətləndirir.

NAĞIYEVA AYSEL TAHİR

"Ekspert SM" şirkətinin Ofis meneciridir

Aysel Qərb Universitetini “Tərcümə” ixtisası üzrə bitirmişdir. Korporativ sahəsində böyük təcrübəyə malikdir. Müxtəlif şirkətlərdə satış meneceri, marketinq meneceri və ofis meneceri vəzifələrində işləyib. 2014-2020-ci illərdə “İmdat Audit” MMC-də ofis menecer vəzifəsində çalışıb. 2024-cü keçirilən COP29-da işləyib. Azərbaycan, rus və ingilis dillərini səlis bilir.

Aliyeva-Afaq

ƏLİYEVA AFAQ TƏLƏT

“Ekspert SM” şirkətinin Ofis meneceridir

Əliyeva Afaq Kiyev Taras Şevçenko Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun “Beynəlxalq Hüquq” fakültəsini bitirmişdir. 27 mart 2025-ci ildə “Milyon üçün hüquqşünas” mentorluq proqramından sertifikat alıb. Geniş iş təcrübəsinə malikdir. Azərbaycan, ukrayna, rus və ingilis dillərində sərbəst danışır.

Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.