Korporativ hüquq– kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarını əhatə edir.
“EXPERT-SM” Hüquq Şirkəti korporativ sahə üzrə böyük təcrübəyə malikdir. Şirkətimiz biznesin təşkilati strukturunun transformasiyası və onun maliyyə-təsərrüfat fəaliyyətinin optimallaşdırılmasını əhatə edən tədbirlərin həyata keçirilməsinə kömək edəcəkdir.
Biz korporativ hüququ sahəsini tam əhatə edən hüquqi xidmətlər təqdim edirik: şirkətlərin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin hazırlanmasından məhkəmə və digər dövlət orqanlarında müştərilərimizin maraqlarının təmsil olunmasına qədər.
- Korporativ hüquq sahəsində böyük təcrübəyə malik korporativ hüquqşünaslardan ibarət komanda;
- Risklərin dərin və hərtərəfli təhlili;
- Müştərinin biznesinin dərin və hərtərəfli təhlili.
- Bütün növ hüquqi şəxslərin qeydiyyatı, o cümlədən birləşdirilməsi, birləşməsi, bölünməsi, ayrılması, ləğvi və gələcək fəaliyyətləri üçün hüquqi məsləhətlərin verilməsi;
- Təsis sənədlərinə dəyişikliklərin edilməsi, müəssisənin yenidən təşkili.
- Təsis və daxili korporativ sənədlərin işlənib hazırlanması;
- Trastlardan, fondlardan istifadə etməklə biznesinizin rəqib tərəfindən ələ keçirilməsindən qorunması, şirkət sahibləri haqqında məlumatların maksimum məxfiliyinin təmin edilməsi;
- Payların/səhmlərin özgəninkiləşdirilməsi üçün hüquqi dəstək;
- Daxili korporativ sənədlərin hazırlanması;
- Müflisləşmə məsələləri;
- ABŞ-da fəaliyyət göstərən MMC və Corporation C (Inc)-in ləğv edilməsi üçün hüquqi dəstək.
HƏR HANSI BİR SUALINIZ VARMI?
Biz məmnuniyyətlə sizə kömək edəcəyik.