Biz kimik

Ən yaxşı hüquq şİrkətİnə
XOŞ GƏLMİSİNİZ

«Expert SM» 2002-ci ildən hüquq və biznes-konsaltinq xidmətləri göstərir.

2009-cu ildə Azərbaycanda Amerika Ticarət Palatasına (AMCHAM Azərbaycan) qoşulan «Expert SM», iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən 180-dən çox şirkətə üzv olmuşdur.

Biz sizə şirkətin yaradılması və qeydiyyatı, onun fəaliyyətinin qismən və ya tam dəstəklənməsi, sənədlərin hazırlanması və icrası, uğurlu fəaliyyəti üçün zəruri olan lisenziyaların alınması və sair vacib olan məsələlərin həllində öz peşəkar xidmətlərimizi təklif edirik.

Şirkət olaraq prioritetimiz müştərilərimizin məmnuniyyətidir. Bunun üçün daim öz bilik və bacarıqlarımızı inkişaf etdirir və təcrübəmizi təkmilləşdiririk, peşəkarlığımızı sözdə deyil, əməldə təsdiq edirik. Şirkətimizin siması ən yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir: şirkətin hüquqşünaslarının və ekspertlərinin dəstəyi ilə sizin istənilən probleminiz həll olunacadır.

«Expert SM» hüquq şirkəti təqdim etdiyi xidmətləri ən yüksək səviyyədə, peşəkar işçi qüvvəsi hesabına icra edir və göstərilən xidmətlərə zəmanət verir. Biz, ölkənin mövcud qanunvericiliyində baş verən dəyişiklikləri daim izləyirik və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, istənilən növ sənədlərin tərtib edilməsində hüquqi dəstək göstəririk, zərurət yarandığı təqdirdə isə mütəxəssislərimiz kontragentlərlə imzalanmış əqdlərin şərtlərinin razılaşdırılmasında iştirak edə bilərlər. Əmin ola bilərsiniz ki, sizin üçün əhəmiyyətli olan hər bir məqam diqqətdən kənarda qalmayacaq. 

Əmin ola bilərsiniz ki, sizin üçün əhəmiyyətli olan hər bir məqam diqqətdən kənarda qalmayacaq. Şirkətimizin əməkdaşları sizə lazım olan hər hansı təşkilati-hüquqi formada olan şirkət və ya müəssisənin qeydiyyata alınmasında köməklik edəcək, biznesinizin hüquqi müşahidəsini və hüquqi audit həyata keçirərək.

Bundan əlavə, biznesin təşkili və aparılması sahəsində sizin üçün vacib olan bütün sahələr üzrə hüquqi məsləhətlərin, qanunvericilik aktları və normativ hüquqi aktlar, vergi və digər hüquqi məsələlərlə bağlı ətraflı izahatlar ala bilərsiniz. Şirkətimizin hüquqşünasları mübahisələri uğurla həll etmək üçün lazımi keyfiyyətlərə malikdirlər. «Expert SM» komandasının hər bir üzvü istənilən instansiya məhkəməsinə müraciət edərkən maraqlarınızı inamla müdafiə edəcək.

Biz sizin hər hansı probleminizin həllinə fərdi yanaşırıq, çünki diqqət yetirdiyimiz əsas göstərici işimizdən müştəri məmnunluğudur. İstənilən mürəkkəb olan işi öz üzərimizə götürürük və onu lazımi səviyyədə və vaxtında yerinə yetiririk. İşimizin əsas prinsiplərindən biri bizə ötürülən bütün məlumatlara münasibətdə məxfilik, işgüzar etika prinsip və normalarına ciddi riayət etməkdir.

«Expert SM» bir çox layihələrdə iştirak edib, müştərilərin məhkəmələrdə təmsil olunması, Azərbaycanda xarici biznes fəaliyyətinin yaranması və fəaliyyətinə aid hüquqi məsləhətlərin verilməsi, milli iqtisadiyyatın mühüm sektorları ilə bağlı bir çox layihələrdə iştirak etməkdə böyük təcrübəyə malikdir.

Son işlərdən biri də Azərbaycan Respublikası ərazisində külək enerjisi layihələrinin həyata keçirilməsi üçün tələb olunan sənədləşmə və icazələrin hüquqi təhlili olmuşdur. «Expert SM» ilə atdığınız hər addım uğura doğru addımınızdırğ

...HƏR BİR ADDIMINIZ BİZİMLƏ, SİZİN UĞURA ADDIMINIZDIR
Nədən bizi seçdiyinizi birdə biz deyək....

Artıq 20 ildən çox göstərdiyimiz peşəkar xidmət hüququn bütün sahələrini əhatə edir

Xarici və yerli aparıcı şirkətlərininə hüquq və mühasibat dəstəyini təmin edirik

«Expert SM» xarici fiziki və hüquqi şəxslərə onların tələb etdiyi dildə hüquqi xidmət göstərməyə qadirdir

   

0
Uğurla başa çatmış İşlər
7 (Demo)
HƏR HANSI BİR HÜQUQİ PROBLEMİNİZ VARSA
BİZƏ MÜRACİƏT ETMƏKDƏN ÇƏKİNMƏYİN
Privacy Preferences
When you visit our website, it may store information through your browser from specific services, usually in form of cookies. Here you can change your privacy preferences. Please note that blocking some types of cookies may impact your experience on our website and the services we offer.