Biz kimik PDF faylını al Çap E-poçt

Expert SM hüquq şirkəti 2002-ci ildə Bakıda yaradılmışdır. 2009-cu ildən bizim şirkət ölkədə aparıcı iş birliyi olan AMCHAM Azərbaycan (Amerika Ticarət Palatasının) üzvüdür. 1996-ci ildə yaranan Amerika Ticarət Palatasına  Azərbaycan iqtisadiyyatının hər sektorunda fəaliyyət göstərən 180-dən artıq şirkət daxildir. Amerika Ticarət Palatası 80% xarici, eləcə də Azərbaycanda yerli investisiyaların mühüm hissəsini təmsil edir. Expert SM şirkəti 2011-ci ilin yanvar ayında EDTP – Peşəkar hazırlıq və sahibkarlığın inkişafı proqramı sertifikatını almışdır (EDTP yerli biznesin inkişafına köməklik məqsədi ilə BP-nin təşəbbüsüdür, BP şirkəti və onun Azərbaycandakı partnyorları tərəfindən maliyyələşdirilir. Proqram BP-nin və onun partnyorlarının yerli Azərbaycan şirkətləri ilə kontraktlarının sayının artması və bununla da yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına imkan yaratmaq üçün BP-nin səylərinin bir hissəsidir).

Mart 2011-ci il tarixdən “Ekspert SM” şirkəti Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının üzvüdür.

Bizim firmanın yaranmasından az bir müddət keçməsinə baxmayaraq, biz böyük müvəffəqiyyətlər qazanmışıq. Bu müvəfəqiyyətlərin əsasını şirkətin əməkdaşlarının uzun illər müddətində əldə etdikləri yüksək praktika təşkil edir. Bu vaxt ərzində Expert SM firmasının hüquq firması kimi müxtəlif hüqüqi yardım və konsaltinq xidməti, hüquqi şəxslərin yaradılması və onların fəaliyyətinin koordinasiyası sahəsində ixtisaslaşmış dinamik reputasiyası formalaşmışdır.

Bizim fəaliyyət istiqamətimiz müxtəlif təşkilati-hüquqi formalı firmaların və müəssisələrin hüquqi qeydiyyatı (MMC, ASC, QSC və s.), idarə, müəssisə və təşkilatlara geniş spektrli peşəkar hüquqi xidmətlərin göstərməsindən ibarətdir. Biz öz müştərilərimizə qanunvericiliyi anlatmaqda və hüquqi problemlərin həlli yollarını axtarmaqda köməkliklər göstərir, onlara biznesin təşkilində məsləhətlər veririk. Biz müştərinin tapşırıqı ilə mübahisələrin məhkəməyə qədər nizamlanmasını və bütün instansiya məhkəmələrinə qədər aparılması ilə məşğul oluruq. Bizim şirkətdə siz həmişə geniş suallar ətrafında hüquqi məsləhətlər ala bilər, müəssisələrin qeydiyyatını keçirə, hazır firma ala, və lisenziyalı fəaliyyət üçün lazım olan sənədləri ala bilərsiniz.

Bizim firmanın mütəxəssislərinin köməyi ilə tərtib edilmiş sənədlərin qüvvədə olan qanunvericiliyə uyğun olmasına qarantiya verə bilərik. Biz öz müştərilərimizə müqavilə və sazişlərin tərtib edilməsində, lazım olduqda razılaşma dövründə partnyorlarla danışıqlarda iştirak edərək, köməklik göstəririk. Bizim siyasətimiz – hər bir müştəriyə fərdi yanaşmaqdır.

Qeyd etmək lazımdır ki, bizim firma öz işində işgüzar etikaya və məxfilik prinsipinə üstünlük verir və müştərinin inamını qiymətləndirir. Biz öz işimizdə birinci növbədə müştərimizin maraqlarını üzərimizə götürdüyümüz öhdəliklərin yüksək keyfiyyətli və professional yerinə yetirilməsinə yönəldirik. Ona görə biz peşəkarlıq prinsipinə sadiq qalaraq çalışırıq ki, bizim müştərilərimizin və işgüzar partnyorlarımızın maraqları qüsursuz peşəkar etik norma kimi təmin edilsin.

Ekspert-SM şirkəti bir çox layihələrdə iştirak edib, onun çiyinləri üzərində müştəri maraqlarının məhkəmələrdə təmsil olunması, Azərbaycan ərazisində xarici biznesin fəaliyyəti sahəsi üzrə məsləhətlər vermək, xalq təsərrüfatının vacib sahələri ilə bağlı bir çox layihələrdə iştirak etmək kimi böyük təcrübələri var.

Son işlərindən biri AR ərazisində külək enerji layihələrinin həyata keçirilməsi üçün lazım olan sənədləşmə və icazə məsələsi ilə bağlı hüquqi təhlil olub.