Müəssisə və şirkətlərin Vyetnamda qeydiyyatı

Müəssisə və şirkətlərin Vyetnamda qeydiyyatı

Expert SM şirkəti Vyetnamda (Vyetnamın bütün iri şəhərləri) aşağıdakı növ hüquqi şəxslərin qeydiyyatı zamanı köməklik göstərir:

  • LLC (MMC, 1-dən 50-ə qədər təsisçi).
  • JSC (SC, minimum 3 təsisçi).
  • Xarici şirkətin Vyetnamda nümayəndəliyi/filialı (Nizamnamə Kapitalı olmur).

Müəssisənin qeydiyyatı üçün lazımi sənədlər:

  • Şirkətin təsisçisi (təsisçiləri) və direktoru (direktorları) haqqında məlumat: S.A.A., doğulduğu tarix və yer, qeydiyyatda olduğu yer, xarici pasportun surəti.
  • Əgər təsisçilər – hüquqi şəxslərdirsə, onda şirkətin nizamnamə sənədləri və törəmə strukturun/nümayəndəliyin* yaradılması haqqında qərar.
  • Yaradılan şirkətin adı.

____________________________

* – notarial təsdiq edilmiş və ingilis dilinə tərcümə olunmuş.

Şirkətin qeydiyyat müddəti:

  • LLC – 30 iş günü.
  • JSC – 40 iş günü.
  • Xarici şirkətin Vyetnamda nümayəndəliyi/filialı – 40 iş günü.

həmçinin Expert SM şirkəti aşağıdakı köməklikləri göstərir:

  • Bank hesabının açılması.
  • Şirkətin hüquqi ünvanının təqdim edilməsi.
  • Nominal direktorların (fiziki və ya hüquqi şəxs) təqdim edilməsi.
  • Nominal təsisçilərin (fiziki və ya hüquqi şəxs) təqdim edilməsi.
  • Əsas etibarnamənin rəsmiləşdirilməsi.
  • Sənədlər komplektinin notarial təstiq edilməsi.
  • Təsis sənədlərinə dəyişikliklərin daxil edilməsi.

Vyetnamda vergiqoyma:

  • Şirkətin gəlirinə qoyulan vergi: 25 %
  • ƏDV (VAT): 0%, 5%, 10%.
  • İctimai vergilər: işə götürən 17% ödəyir.
  • Gəlir vergisi: 0% – 35%.