Müəssisə və şirkətlərin Türkiyədə qeydiyyatı

Müəssisə və şirkətlərin Türkiyədə qeydiyyatı

Expert SM şirkəti Türkiyədə (Türkiyənin bütün iri şəhərləri) aşağıdakı növ hüquqi şəxslərin qeydiyyatı zamanı köməklik göstərir:

  • ·        LTd (MMC, Nizamnamə Kapitalı 5000 YTL-dən başlayaraq (elan edilmiş), şirkətin qeydiyyatından 3 ay sonra Nizamnamə kapitalının 25 %-ni şirkətin hesabına qoymaq lazımdır. Təsisçilərin minimal sayı – 2 (fiziki və ya hüquqi şəxs), əgər həmtəsisçi türkdürsə, nizamnamə Kapitalının1/2-nin deklarasiyası mümkündür). Təsisçinin və direktorun vətəndaşlığında məhdudiyyət yoxdur.
  • Xarici şirkətin Türkiyədə nümayəndəliyi/filialı (Nizamnamə Kapitalı olmur).

Müəssisənin qeydiyyatı üçün lazımi sənədlər:

  • Doldurulmuş anket.
  • İştirakçıların və direktorun xarici pasportlarının türk dilinə tərcümə edilib notarial təstiq olunmuş  4 surəti.
  • İştirakçıların və direktorun notarial təstiq olunmuş 4 imza nümunələri və hər biri 3.5×4.5 ölçülü, rəngli 6 ədəd foto.
  • Əgər təsisçilər – hüquqi şəxslərdirsə, onda şirkətin nizamnamə sənədləri və törəmə strukturun/nümayəndəliyin* yaradılması haqqında qərar.

____________________________

* – notarial təsdiq edilmiş və türk dilinə tərcümə olunmuş.

Şirkətin qeydiyyat müddəti:

  • LTd – 15 iş günü.
  • Xarici şirkətin Türkiyədə nümayəndəliyi/filialı – 2-3 həftə.

həmçinin Expert SM şirkəti aşağıdakı köməklikləri göstərir:

  • Bank hesabının açılması.
  • Şirkətin hüquqi ünvanının təqdim edilməsi.Poçtun və zənglərə cavabların göndərilməsi ilə hüquqi ünvan.
  • Şirkətin mühasibat hesabatlarının aparılmasında köməklik.
  • Təchiz edilmiş ofisin təqdim edilməsi/şirkətə katiblik xidmətinin göstərilməsi.
  • Türkiyənin qanunvericiliyinə uyğun şirkətin fəaliyyəti üçün lazımi lisenziyaların alınması.
  • Nominal direktorların  və təsisçilərin təqdim edilməsi.
  • Apostilin rəsmiləşdirilməsi.
  • Şirkətin təsisçilərinə, işçilərinə və onların ailə üzvlərinə MYİ-nin rəsmiləşdirilməsi mümkündür.