Müəssisə və şirkətlərin Belçikada qeydiyyatı

Müəssisə və şirkətlərin Belçikada qeydiyyatı

Expert SM şirkəti Belçikada (Brüsseldə və ya Antverpendə) aşağıdakı növ hüquqi şəxslərin qeydiyyatı zamanı köməklik göstərir:

  • SA (Səhmdar Cəmiyyət, Nizamnamə Kapitalı 61.500 avrodan başlayır, 2 və daha artıq təsisçi, 2-3 direktor).
  • SARL ( Məhdud Məsuliyyətli Cəmiyyət, Nizamnamə Kapitalı 18.550 avrodan başlayır,   2 və daha artıq təsisçi; MMC-nin 1 təsisçi ilə qeydiyyatı da mümkündür, bu zaman Nizamnamə Kapitalı 12.400 avro təşkil etməlidir).
  • Xarici şirkətin Belçikada nümayəndəliyi/filialı (Nizamnamə Kapitalı olmur).

Müəssisənin qeydiyyatı üçün lazımi sənədlər:

  • Şirkətin təsisçisi (təsisçiləri) və direktoru (direktorları) haqqında məlumat: S.A.A., doğulduğu tarix və yer, qeydiyyatda olduğu yer.
  • Əgər təsisçilər – hüquqi şəxslərdirsə, onda şirkətin nizamnamə sənədləri və törəmə strukturun/nümayəndəliyin* yaradılması haqqında qərar.
  • Nizamnamə Kapitalının ödənilməsi barədə sənəd.
  • Yaradılan şirkətin adı və fəaliyyət növləri.

____________________________

* – notarial təsdiq edilmiş və Belçikanın dövlət dillərindən birinə tərcümə olunmuş.

Şirkətin qeydiyyat müddəti:

  • SA – 4-8 həftə (səhmdarların sayından və qeydiyyat orqanının işlə yüklənməsindən asılı olaraq).
  • SARL -4-6 həftə.
  • Xarici şirkətin Belçikada nümayəndəliyi/filialı – 4-8 həftə.

həmçinin Expert SM şirkəti aşağıdakı köməklikləri göstərir:

  • Bank hesabının açılması.
  • Şirkətin mühasibat hesablarının aparılmasının təşkil edilməsi.
  • Təchiz edilmiş ofisin təqdim edilməsi/şirkətə katiblik xidmətinin göstərilməsi.
  • Belçikanın qanunvericiliyinə uyğun şirkətin fəaliyyəti üçün lazımi lisenziyaların alınması.
  • Belçikada qeydiyyatdan keçmiş müəssisələrin təsisçiləri/işçiləri üçün Belçikada MYİ-nin alınması üçün dosyelərin hazırlanması.
  • Ticarət nişanının qeydiyyatı.
  • Bar-kodun qeydiyyatı.