Expert SM şirkəti Avstriyada (Vyanada) aşağıdakı növ hüquqi şəxslərin qeydiyyatı zamanı köməklik göstərir:
- GmBH (MMC, Nizamnamə kapitalı 35.000 avrodan başlayaraq, 1 və daha artıq təsisçi, hər bir təsisçi minimal olaraq 70 avro-ekvivalentində səhmlərə malik olmalıdır, təsisçi və direktorun vətəndaşlığına məhdudiyyət qoyulmur).
- Xarici şirkətin Avstriyada nümayəndəliyi/filialı (Nizamnamə Kapitalı olmur).
Müəssisənin qeydiyyatı üçün lazımi sənədlər:
- Şirkətin təsisçisi (təsisçiləri) və direktoru (direktorları) haqqında məlumat: S.A.A., doğulduğu tarix və yer, qeydiyyatda olduğu yer, xarici pasportun surəti, valideyinlər haqqında məlumat (doğulduğu tarix və yer, S.A.A., əgər dəyişdirilibsə, əvvəlki soyadları).
- Əgər təsisçilər – hüquqi şəxslərdirsə, onda şirkətin nizamnamə sənədləri və törəmə strukturun/nümayəndəliyin* yaradılması haqqında qərar.
- Yaradılan şirkətin adı və fəaliyyət növləri.
____________________________
* – notarial təsdiq edilmiş və alman dilinə tərcümə olunmuş.
Şirkətin qeydiyyat müddəti:
- GmBH – 2-3 həftə.
- Xarici şirkətin Avstriyada nümayəndəliyi/filialı – 3-4 həftə.
həmçinin Expert SM şirkəti aşağıdakı köməklikləri göstərir:
- Bank hesabının açılması.
- Şirkətin hüquqi ünvanının təqdim edilməsi. Zənglərə cavabların və poçt ilə göndərilən sənədlərin göndərilməsi ilə hüquqi ünvan.
- Şirkətin mühasibat hesablarının aparılmasının təşkil edilməsi.
- Təchiz edilmiş ofisin təqdim edilməsi/şirkətə katiblik xidmətinin göstərilməsi.
- Avstriyanın qanunvericiliyinə uyğun şirkətin fəaliyyəti üçün lazımi lisenziyaların alınması.
- Apostilin rəsmiləşdirilməsi.
- MYİ-nin iş icazəsi ilə/iş icazəsi olmadan rəsmiləşdirilməsi.
- Yaşama üçün icazə (MYİ) iş icazəsi olmadan 2-3 aylıq rəsmiləşdirilir.
Avstriya əmlakının Avstriya şirkətinə (və ya başqa, Aİ-də qeydiyyatdan keçmiş) qeydiyyatı o halda mümkündür ki, Avstriya şirkətinin Nizamnamə kapitalının 51 %-i Aİ vətəndaşına və ya hüquqi şəxsinə məxsus olsun.