Məsləhətçilərimiz
Məmmədov Sübhan Zakir oğlu
Təhsili: 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.
1989-1992-ci illərdə Lenin rayonunun Rayon məhkəməsində, Nərimanov rayon Prokurorluğunda, Məhkəmə Ekspertizası İnstitutunda, Azəreletroterm zavodunun hüquq şöbəsində işləyib.
1992-ci ildən 2001-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində işləyib.
2002-ci ildən bu günə kimi “Ekspert-SM LTD” hüquq və konsaltinq şirkətinin təsisçisi və direktorudur.
2004-2007-ci illərdə pedaqoqluq fəaliyyəti ilə məşğul olub.
2005-ci ildən bugünədək Azərbaycan Respublikasının vəkillər kollegiyasının üzvüdür.
Kriştalyev Evgeniy Aleksandroviç
“Ekspert-SM LTD” şirkətinin RF, Moskva şəhərindəki nümayəndəsi.
Ismayılov Yusif Yaşar
Ekspert-SM-də hüquq məsləhətçisidir. O, 1997-2002-ci illərdə Bakı Dövlət Universitetində bakalavr təhsilini almışdır. Yusif İsmayılov 2002-2007-ci illərdə Ədliyyə Nazirliyində, 2007-2011-ci illərdə Bakı Apelyasiya Məhkəməsində çalışmışdır, 2011-ci ildən isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Müştəriləri təhqiqatda, istintaqda, polis idarələri, prokuratura və digər hüquq mühafizə orqanlarında müşahidə etməkdə geniş təcrübəyə malikdir. Əsas fəaliyyət sahələri сinayət hüququ, mülki hüquq, əmlak məsələləri, korporativ hüquq, ailə hüququ, həmçinin mübahisəli məsələlərin həll edilməsi, fiziki və hüquqi şəxslərin müvafiq idarə və təşkilatlarda təmsil olunması və s.-dən ibarətdir.
Hacalıyev Adil Hacalı
Ekspert-SM-də hüquq məsləhətçisidir. O, 1986-cı ildə Azərbaycan Universiteti Hüquq fakültəsinin məzunu olub və uzun müddət dövlət və özəl sektorlarda hüquqşünas kimi fəaliyyət göstərib. O, 2008-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2010-cu ildən fərdi qaydada vəkil kimi fəaliyyət göstərərək məhkəmələrdə və inzibati orqanlarda vətəndaşların hüquqlarını müdafiə edir.
Onun fəaliyyətinin əsas istiqamətlərini mülki huquq, inzibati hüquq, cinayət hüququ və ailə hüququ təşkil edir, əmlak məsələləri üzrə mübahisələrdə geniş təcrübəyə malikdir. O, Azərbaycan və rus dillərində səlis danışır.
Muradova Vüsalə Aydın
Ekspert-SM-də hüquq məsləhətçisidir. O, Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə bakalavr və magistr təhsilini almışdır. Bundan əlavə o, Moskva Dövlət Hüquq Akademiyasında hüquq üzrə magistr təhsilini almışdır. Korporativ hüquq sahəsində 15 ildən artıq təcrübəyə malikdir.
O, bir sıra xarici və yerli hüquq şirkətlərində çalışmışdır. Beynəlxalq əməliyyatlar, şirkət hüququ, daşınmaz əmlak, tikinti, maliyyə və xüsusi ilə vergi hüququ üzrə ixtisaslaşmışdır. 2020-ci ildən isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Əhmədova Firuzə Yaşar
Ekspert-SM-in Hüquq Departamentinin direktorudur. Firuzə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Bakalavr təhsili aldığı müddətdə bir sıra icra və məhkəmə hakimiyyəti orqanlarında təcrübə keçmişdir. Bir neçə yerli və beynəlxalq tədbirlərdə və seminarlarda iştirak etmişdir.
O, korporativ hüquq sahəsində 4 illik təcrübəyə malikdir. Korporativ hüquq, əmək hüququ, maliyyə, miqrasiya və ümumi hüquq sahələrində ixtisaslaşmışdır. O, Azərbaycan, rus və ingilis dillərində səlis danışır.
Əsgərova Humay Ruslan
Humay şirkətimizin kiçik hüquqşünasıdır. Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2016-2021-ci illərdə o, bir sıra rayon məhkəmələrində hakim köməkçisi vəzifəsində çalışmışdır.
O, məhkəmə mübahisələri, xüsusilə də mülki, inzibati və iqtisadi işlər üzrə təcrübəyə malikdir. 2021-ci ilin noyabr ayından Ekspert-SM komandasının üzvüdür və əsas fəaliyyət sahələri Korporativ, Müqavilə və Miqrasiya hüququdur. O, Azərbaycan, rus və ingilis dillərində səlis danışır.