İnvestisiya layihələri

İnvestisiya layihələri

İnvestisiya layihələrinin kompleks şəklində hüquqi müşayiəti

İnvestisiya layihəsi– kapital artımının və ya da gəlirin əldə edilməsi məqsədilə pul vəsaiti qoyulmuş müəyyən mərasimlər.

İnvestisiya layihəsi– investisiyalara əsaslanan iqtisadi-sosial layihə; iqtisadi məqsədəuyğunluğa əsaslanan müəyyən bir obyektin birbaşa investisiyalarının əhatə dairəsi və həyata keçmə müddəti; mövcud standartlara uyğun olaraq hazırlanmış layihə sənədlərinin daxil edilməsi.

İnvestisiya layihələri aşağıdakılara bölünür:

• Istehsal

• Elmi-texniki

• Kommersiya

• Maliyyə

• Iqtisadi

• Sosial-iqtisadi

Hüquq və Konsaltinq Şirkəti “Expert SM” investisiya və digər kommersiya layihələrinin müşayiətində, kompleks şəklində hüquqi və təşkilati konsaltinq xidmətlərini təklif edir:

• Kommersiya layihəsinin həyata keçirilməsində (və ya artıq həyata keçirilən) nəzərdə tutulan fəaliyyətin hüquqi tənzimlənməsinə dair müştəriyə məsləhət verilməsi;

• İnvestisiya layihəsi çərçivəsində iqtisadi məqsədlərin həyata keçirilməsində mümkün olan hüquqi yolların nəzərdən keçirilməsi;

• Razılaşmanın ixtiyari iştirakçılarının hüquqi ekspertizası (due diligence ), eləcə də aktiv hüquqları (əgər varsa): korporativ sənədlərin öyrənilməsi, daşınmaz əmlak hüquqları, hüquq, mühasibat, vergi risklərinin qiymətləndirilməsi, riskin aradan qaldırılması üçün mümkün yolları müəyyən etmək;

• Razılaşma strukturunun hazırlanması, yəni: razılaşma iştirakçılarının təşkilati-hüquqi seçimi, razılaşmanın yerinə yetirilməsində yurisdiksiya seçimi, müqavilə münasibətlərinin qurulması, iştirakçıların maraqlarının təmin edilməsi üsullarının seçimi, vergi və maliyyə planlaşdırılması, anti-monopoliya qanunvericiliyinə əməl edilməsi;

• Kommersiya layihələrinin hazırlanması və həyata keçirilməsində yaranan vergi məsələləri üzrə məsləhət;

• Kommersiya layihəsi üçün zəruri olan hüquqi sənədlərin hazırlanması (müqavilələr, protokollar, məktublar, iddialar və.s);

• Kommersiya layihəsi zamanı meydana çıxan bütün məsələlər üzrə dövlət və yerli hakimiyyət orqanlarında müştərinin maraqlarının təmsil edilməsi;

• Kommersiya layihəsinin həyata keçirilməsi ilə əlaqədar, bütün məsələlər üzrə podratçılar və digər şəxslər ilə danışıqlarda iştirak etmək;

• Layihənin hər hansı mərhələsində qeydiyyat proseduralarının həyata keçirilməsi;

• Kommersiya layihəsinin həyata keçirilməsi məsələsi ilə bağlı, məhkəmədə müştərilərin maraqlarının təmsil edilməsi.