Azərbaycanda milli təhlükəsizliklə bağlı ixtiralara dair iddia sənədinə baxılma qaydaları təsdiq edilib

Azərbaycanda milli təhlükəsizliklə bağlı ixtiralara dair iddia sənədinə baxılma qaydaları təsdiq edilib

Azərbaycan hökuməti milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma qaydalarının təsdiq edilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qaydalarda milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma, həmin nümunənin qeydiyyatı və patentin verilməsi, məxfi ixtira, sənaye nümunəsi və faydalı modelə görə haqqın ödənilməsi, həmçinin həmin nümunələrin məxfiliyinin açılması qaydaları əks olunub.

Nazirlər Kabinetinin qərarından irəli gələn məsələlərin həlli üçün öz səlahiyyəti daxilində müvafiq tədbirləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirəcək.

Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsi dövlət sirri təşkil edən məlumat daşıyıcısı hesab edilir.