Azərbaycan Parlamenti yeni səfirliklərin açılması barədə qanun qəbul edib

Azərbaycan Parlamenti yeni səfirliklərin açılması barədə qanun qəbul edib

Azərbaycan Parlamenti cümə günü iclasında Cənubi Afrika Respublikası, Braziliya, İraq, Vyetnamda səfirliklərin açılması barədə qanun qəbul edib.

Parlamentin iclasında, həmçinin, Azərbaycan və Mavritaniya prezidentlərinin “Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş”, “Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş”, “Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş”, “Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında bitkilərin karantin və mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş” haqqında birgə bəyanatı təsdiq olunub.