Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna düzəlişləri təsdiq edib
Düzəlişlərin mətni bazar günü rəsmi mətbuatda dərc edilib və 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanuna düzəlişlər məhkəmə iddialarında dövlət rüsumunun həcmini müəyyən edir.Bildirilib ki, dövlət rüsumlarının həcmi 10-40 manat həddində olacaq. Məsələn, nikahın pozulması barədə məhkəmə iddiası qaldırmaq üçün rüsum 20 manat, nikah pozularkəın əmlakın bölünməsi məqsədi ilə məhkəmə iddiası qaldırmaq üçün isə 40 manat təşkil edəcək.
Düzəlişlərə əsasən, əmlakın notariusda digər şəxsin adına qeyd edilməsi üçün dövlət rüsumu əgər əmlak Bakıdadırsa 200 manat, digər şəhər və rayonlardadırsa 80 manat təşkil edəcək.
Bundan başqa, nəqliyyat vasitələrinin verilməsi, bağışlanması üzrə notarius qeydiyyatının dövlət rüsumu 10-50 manat, sosial ipoteka barədə saziş başğalanarkən 22-55 manat, adi şərtlərlə ipoteka müqaviləsi təsdiqlənərkən 44-110 manat təşkil edir.
Düzəlişlərə əsasən, ikili vətəndaşlıq pasportlarının alınması üçün səfirlik və konsulluqlar tərəfindən sənədlərin tərtib edilməsi üçün dövlət rüsumu 40 dollardan 55 dollara qədər . birdəfəlik vizalar üçün 40 dollardan 50 dollara qədər, iki dəfəlik səfər üçün 80 dollardan 100 dollara qədər. il ərzində cox sayda səfər üçün 250 dollardan 350 dollara qədər artırılıb.
Bununla yanaşı avtomobil və motosklet idarə etmək üçün sürücülük vəsiqəsinin dövlət rüsumu 18 manat, traktor, tikinti, kənd təsərrüfatı və digər nəqliyyat vasitələrinin idarə edilməsi üçün vəsiqələrin dövlət rüsumu 5 manat təşkil edəcək.
Gələn il yanvarın 1-dən avto-moto nəqliyyatın qeydiyyatı üçün dövlət rüsumu 17 manat, traktor, tikinti. Kənd təsərrüfatı və digər nəqliyyat vasitələrinin rüsumu 5 manat təşkil edəcək.
Nəqliyyat vasitələrinin illik texniki baxışı üçün dövlət rüsumu 10 manatdan 20 manatadək, traktor, kənd təsərrüfatı. Tikinti və digər nəqliyyat vasitələri üçün isə 5 manatdan 10 manatadək artırılıb.
Yük maşınları və avtobuslar üçünavtomobil şəbəkəsinin müəyyən hissəsinə xüsusi buraxılış vərəqəsinin verilməsi üçün dövlət rüsumu 5 manatdan 10 manatadək artırılıb.
Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə bu düzəlişlər dövlət büdcəsinə 10 mln. manat məbləğində əlavə daxilolmanı təmin edəcək.