Xarici biznesin yaradilmasi və dəstəklənməsi

Xarici biznesin yaradilmasi və dəstəklənməsi

İllik saxlanılma və əlavə xidmətlər

Şirkətin saxlanılması ilə əlaqədar fəaliyyət onun qeydiyyat yerindən asılıdır. Bu sahədə olan xidmətləri 2 hissəyə ayırmaq olar:

ŞİRKƏTLƏRİN SAXLANILMASI

Klassik  və ya vergi yurisdiksiyası olmasından asılı olmayaraq şirkətlərin saxlanılması qeydiyyat orqanlarına illik dövlət rüsumlarının ödənilməsini tələb edir.

ŞİRKƏTİN KARGÜZARLIĞININ MÜŞAYİƏTİ

Şirkətlə iş prosesində qaçılmaz olaraq kargüzarlığın düzgün idarə olunmasına ehtiyac var. Müqavilələr və digər oxşar sənədlər birbaşa müştərilər tərəfindən aparılır və yalnız mühasibat uçotu hesabatları hazırlamaq və təqdim etmək zərurəti yarandıqda onlar bizə təqdim olunur.

Qeyri-rezident şirkətlərin ləğvi

Şirkətin ləğvi proseduru onun qeydiyyatı alındığı ölkənin yurisdiksiyasından asılı olaraq dəyişir. Ümumilikdə ləğv olunamanın iki əsas növü qeyd oluna bilər:

  1. Reyestrdən çıxarılma yolu ilə şirkətin ləğv edilməsi.
  2. Könüllü ləğv olunma.

Xarici şirkətlərin maliyyə hesabatları

Son dövrlərdə vergitutma, mühasibat uçotu və audit sahəsində şirkətlərə olan beynəlxalq tələblər sərtləşdirilmişdir və mövcud tələblər sərtləşməkdə davam edir.

Maliyyə hesabatı tərtib oluna bilər:

  • Müasir beynəlxalq standartlara (IAS, GAAP) uyğun;
  • Hesabatın milli standartlarına uyğun;
  • Və ya idarəetmə qərarlarının qəbul olunması məqsədləri üçün daxili korporativ normalara uyğun.

Virtual ofis

Şirkətimiz bir sıra ölkələrdə virtual ofis xidmətlərini təklif edir. Əlavə məlumat üçün əlaqə nömrələrimiz və ya elektron poçt vasitəsilə bizə müraciət edə bilərsiniz.

Xarici banklarda hesabların açılması

Xarici bankda hesabın açılması zamanı aşağıdakılara diqqət olunmalıdır:

  1. Şəxsin bank hesabını açmaq istədiyi ölkənin qanunvericiliyi.
  2. Xarici bankın hesab açmaq proseduru və şərtləri.

Hesablaşma hesabları cari fəaliyyət üçün istifadə olunur və misal üçün, böyük həcmli ticarət əməliyyatları zamanı rahat şəkildə istifadə oluna bilir. Belə hesablar əməliyyatların sayı və həcmi ilə məhdudlaşma tələb etmir.

Əmanət hesabları vəsaitlərin uzunmüddətli və ya qısamüddətli saxlanılması üçün açılır.

Düzgün qərar qəbul etmək üçün ilk öncə bizim mütəxəssislərdən məsləhət almağınızı Sizə tövsiyə edirik.

İnvestisiya fondları

investisiya fondu müstəqil hüquqi şəxs hesab olunur.

Qeyd etmək yerinə düşərdi ki, investisiya fondunun düzgün şəkildə qurularsa, o, nəzarət edilən xarici şirkətlər haqqında qanunun təsirinə düşməyəcək.

yurisdiksiyalarında daha çox məşhurluq qazanan aşağıdakı növ investisiya fondlarıdır:

  1. Hedge Fund;
  2. Qarşılıqlı investisiya fondu (Mutual fund);
  3. Digərləri.

Şirkətimizin mütəxəssisləri Sizə bu sahədə müvafiq məsləhətlər verməyə hazırdır.

Əmtəə nişanlarının qeydiyyatı

Xarici yurisdiksiyalarda əmtəə nişanlarının qeydiyyatı sahəsində məsləhət almaq istəyirsinizsə, Şirkətimizə müraciət edə bilərsiniz.