İqtisadiyyat və Maliyyə xəbərləri
Milli Məclis Vergilər Məcəlləsinə dəyişiklikləri qəbul edib PDF faylını al Çap E-poçt

Milli Məclis bu gün plenar iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsini qəbul edib.

 

Ardını oxu...
 
Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı PDF faylını al Çap E-poçt

Azərbaycan Prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb.

 

Ardını oxu...
 
Azərbaycanda Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid təmin olunub PDF faylını al Çap E-poçt

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin yanında mühasibat uçotu üzrə Koordinasiya Şurasının doqquzuncu iclası keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idarə rəhbərləri səviyyəsində keçirilən iclasda MDB İcraiyyə Komitəsi yanında mühasibat uçotu üzrə Koordinasiya Şurasının Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan üzvləri, RF Peşəkar Mühasiblər və Auditorlar İnstitutunun, “Maliyyə uçotu və hesabatlılığı standartları üzrə milli təşkilat” Fondunun, habelə Azərbaycanı təmsil edən Auditorlar Palatasının, mühasibat uçotu və audit fənlərinin tədrisi üzrə təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Azərbaycan maliyyə nazirinin I müavini İlqar Fəti-zadə bildirib ki, Koordinasiya Şurasının iclasları Müstəqil Dövlətlər Birliyi ölkələrinin mühasibat uçotu sistemində fundamental islahatların aparılmasına mühüm töhfələr verib. Qeyd olunub ki, son illərdə Azərbaycanda mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində mühüm addımlar atılıb, qısa müddət ərzində ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid təmin olunub, zəruri hüquqi normativ baza yaradılıb, tədris üçün metodiki vəsaitlər hazırlanıb və beynəlxalq mühasibat uçotunun əsasları üzrə bir neçə mərhələli təlimlərə start verilib.

Koordinasiya Şurasının iclasında milli mühasibat uçotu sistemlərinin inkişafı, o cümlədən Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi, qeyri-hökumət təşkilatları üçün mühasibat uçotunun tənzimlənməsi təcrübəsi, mühasibat uçotu sahəsində beynəlxalq təşkilatların fəaliyyəti, MDB-yə üzv olan ölkələrin milli təsərrüfat subyektlərinin birləşdirilmiş maliyyə hesabatlarının razılaşdırılması üzrə layihə və mühasibat uçotu sahəsində mütəxəssislərin milli sertifikatlarının qarşılıqlı tanınması təcrübəsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Trend.az

Ardını oxu...