Hüquqi xəbərlər
Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılması sahəsində vahid qaydalar tətbiq edilir PDF faylını al Çap E-poçt

Bu gün, 02.07.2013, Milli Məclis növbədənkənar iclası zamanı ikinci və üçüncü oxunuşda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsini qəbul edib.

 

Ardını oxu...
 
Gələn ildən Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələri istirahət günlərində də veriləcək PDF faylını al Çap E-poçt

Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Ardını oxu...
 
Azərbaycanda gömrük sahəsində 10 mindən çox hüquqpozma faktı aşkar edilibərinə: qanunvericiliyə dəyişiklik edilib PDF faylını al Çap E-poçt

2012-ci ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cinayət xarakterli 186 fakt qeydə alınıb.

Ardını oxu...
 
Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında Qanuna edilən dəyişiklikləri təsdiq edib PDF faylını al Çap E-poçt

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında Qanuna edilən dəyişiklikləri təsdiq edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 599; 2010-cu il, №4, maddə 276) 27-ci maddəsinə aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 27.1-ci maddədə "yaşı 21-dən" sözlərindən sonra ", "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən" sözləri əlavə edilsin;

2. 27.2-ci maddədə "B" kateqoriyası" sözləri "B" və ya "BE" kateqoriyaları" sözləri ilə əvəz edilsin.

Ardını oxu...
 
Azərbaycan Prezidenti «Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında» Fərmana əlavələr etmişdir PDF faylını al Çap E-poçt

Azərbaycan Prezidenti «Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanına əlavə etmək barədə Fərman imzalamışdır, - bu barədə AzərTAc Dövlət Agentliyi məlumat verir. 

Ardını oxu...
 
Azərbaycan və Türkiyə ikitərəfli qaydada viza rejiminin ləğvi barədə saziş imzalayacaqlar – qəzet PDF faylını al Çap E-poçt

2011-ci ilin yanvarında Azərbaycan və Türkiyənin ikitərəfli qaydada viza rejiminin ləğvi barədə saziş imzalayacağı gözlənilir. Bu barədə çərşənbə günü Türkiyənin "Axşam" qəzeti yazır.

Ardını oxu...
 
Azərbaycan Parlamenti yeni səfirliklərin açılması barədə qanun qəbul edib PDF faylını al Çap E-poçt

Azərbaycan Parlamenti cümə günü iclasında Cənubi Afrika Respublikası, Braziliya, İraq, Vyetnamda səfirliklərin açılması barədə qanun qəbul edib.

Parlamentin iclasında, həmçinin, Azərbaycan və Mavritaniya prezidentlərinin "Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında bitkilərin karantin və mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş" haqqında birgə bəyanatı təsdiq olunub.

Ardını oxu...