Azərbaycan və Rusiyaarasında əmək miqrasiyası sahəsində sənədlər imzalanacaq PDF faylını al Çap E-poçt

Azərbaycan və Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirlikləri 2013-cü ildə əmək miqrasiyası, əmək və əhalinin sosial müdafiəsinə dair saziş imzalaya bilərlər. Bu barədə Rusiya əmək və əhalinin sosial müdafiə nazirinin müavini Tatyana Blinova çərşənbə günü jurnalistlərə məlumat verib.

 

“Biz Azərbaycan tərəfi ilə gələn ilin əvvəlində həmin sazişlərin hazırlanmasına başlamaq barəqə razılığa gəlmişik. Ümid edirik ki, sənədlər 2013-cü ilin sonuna kimi imzalanacaq. Düşünürük ki, bu cür qarşılıqlı əlaqə yaşadıqları ölkədən kənara səfər edən vətəndaşlara Rusiyada əmək fəaliyyəti həyata keçirmək üçün pensiya təminatı, sosial sığorta və tibbi təminatla bağlı problemləri ən yaxşı səviyyədə həll etməyə imkan yaradacaq”, - deyə T.Blinova bildirib.

Onun sözlərinə görə, bu məsələlər hər iki tərəfi narahat edir. “Ümid edirik ki, həmin sazişlərin imzalanması bu məsələləri həll etməyə imkan verəcək”, - deyə o bildirib.

interfax.az