Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Qafqazda sabitliyin qarantıdır – Rusiya Prezidenti İdarəsinin rəhbəri PDF faylını al Çap E-poçt

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq beynəlxalq ictimaiyyət üçün Qafqaz kimi mürəkkəb və mühüm regionda sabitliyin qarantıdır. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Rusiya Prezidenti İdarəsinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə rəisi Sergey Vinokurov deyib.

Onun sözlərinə görə, Qafqaz regionunda çox şeyin asılı olduğu Rusiya-Azərbaycan münasibətləri hərtərəflidir, onlar tarixi köklərə və ölkələrin yaxınlığına əsaslanır.

Vinokurov Avrasiya Tədqiqatlar İnstitutunun təşkil etdiyi "Parlamentin vətəndaş cəmiyyətinin inkişafında rolu" mövzusunda iclasın "dəyirimi masa" formatında iştirak edir.

"Bu, strateji tərəfdaşlığın həqiqi münasibətləridir. Biz, yaxşı mənada, indi bir-birindən asılı ölkələr kimiyik. Bu bir-birindən asılılıq münasibətlərimizin strateji, tərəfdaşlıq xarakterini bir daha qeyd edir", - Vinokurov qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlığı yalnız bir qədər dinamik getməyən istiqamətlərdə dərinləşdirmək lazımdır.

"İki ölkə prezidentləri mal dövriyyəsinin 2 milyardı ötməsi üçün qarşıya vəzifə qoyublar və buna səy göstərmək lazımdır; belə ki, ticari-iqtisadi əməkdaşlıqda ehtiyatlar var və bu ehtiyatları cəlb etmək lazımdır", - Rusiya Prezidenti İdarəsinin rəisi qeyd edib.

O vurğulayıb ki, Azərbaycanda Rusiya biznesi çoxlu yeni iş yerləri yaratmaqla, özünü "yaxşı hiss edir".