Azərbaycan-Rusiya: əməkdaşlığın inkişafı
Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi rekord səviyyəyə çatıb PDF faylını al Çap E-poçt

2013-cü ildə Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi yeni rekord göstəricilərə çata bilər. Trend-in məlumatına görə, bu barədə 06.02.2013 Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında bildirib.

 

Ardını oxu...
 
Azərbaycan və Rusiyaarasında əmək miqrasiyası sahəsində sənədlər imzalanacaq PDF faylını al Çap E-poçt

Azərbaycan və Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirlikləri 2013-cü ildə əmək miqrasiyası, əmək və əhalinin sosial müdafiəsinə dair saziş imzalaya bilərlər. Bu barədə Rusiya əmək və əhalinin sosial müdafiə nazirinin müavini Tatyana Blinova çərşənbə günü jurnalistlərə məlumat verib.

 

Ardını oxu...
 
Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Qafqazda sabitliyin qarantıdır – Rusiya Prezidenti İdarəsinin rəhbəri PDF faylını al Çap E-poçt

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq beynəlxalq ictimaiyyət üçün Qafqaz kimi mürəkkəb və mühüm regionda sabitliyin qarantıdır. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Rusiya Prezidenti İdarəsinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə rəisi Sergey Vinokurov deyib.

Onun sözlərinə görə, Qafqaz regionunda çox şeyin asılı olduğu Rusiya-Azərbaycan münasibətləri hərtərəflidir, onlar tarixi köklərə və ölkələrin yaxınlığına əsaslanır.

Vinokurov Avrasiya Tədqiqatlar İnstitutunun təşkil etdiyi "Parlamentin vətəndaş cəmiyyətinin inkişafında rolu" mövzusunda iclasın "dəyirimi masa" formatında iştirak edir.

"Bu, strateji tərəfdaşlığın həqiqi münasibətləridir. Biz, yaxşı mənada, indi bir-birindən asılı ölkələr kimiyik. Bu bir-birindən asılılıq münasibətlərimizin strateji, tərəfdaşlıq xarakterini bir daha qeyd edir", - Vinokurov qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlığı yalnız bir qədər dinamik getməyən istiqamətlərdə dərinləşdirmək lazımdır.

"İki ölkə prezidentləri mal dövriyyəsinin 2 milyardı ötməsi üçün qarşıya vəzifə qoyublar və buna səy göstərmək lazımdır; belə ki, ticari-iqtisadi əməkdaşlıqda ehtiyatlar var və bu ehtiyatları cəlb etmək lazımdır", - Rusiya Prezidenti İdarəsinin rəisi qeyd edib.

O vurğulayıb ki, Azərbaycanda Rusiya biznesi çoxlu yeni iş yerləri yaratmaqla, özünü "yaxşı hiss edir".

Ardını oxu...
 
Azərbaycan ilə Rusiya arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə olan sənəd imzalanmışdır PDF faylını al Çap E-poçt

Оktyabrın 27-də Həştərxanda "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi xəritələrinin albomu" imzalanmışdır. Bu barədə Trend-ə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Serqey Lavrov imzalamışlar.

Ardını oxu...