Şirkətlərin Böyük Britaniyanın Vircin adalarında qeydiyyatı

Şirkətlərin Böyük Britaniyanın Vircin adalarında qeydiyyatı

Britaniya Vircin adaları Karib dənizində yerləşən, Puerto-Rikodan 100 km şərqdə yerləşən və ABŞ-ın Vircin adalarına bilavasitə yaxınlıqda yerləşən 50 adadan ibarət qrupu özündə birləşdirir. Qanunvericiliyinin əsasını Böyük Britaniyanın mülki hüququ (İngilis Ümumi Hüququ), həmçinin Birləşmiş Krallığın ayrı-ayrı konstitusiya aktları (İngilis qanunları) təşkil edir. 1984-cü ildə daha çox seçilən vasitəsi kimi hesab olunan Beynəlxaql İşgüzar Şirkətlərin – International Business Company (IBC) yaradılması üzrə The International Business Companies Act Qanunu qəbul olundu.  Son illərdə Britaniya Vircin adaları bu yurisdiksiyanın marketinq səyləri, həmçinin Noryeqa rejimi zamanı adaya köçən Panama hüquqşünaslarının sayəsində xüsusən Uzaq Şərqdə kifayət qədər məşhur olub.

Biz Sizə Britaniyanın Vircin adalarında IBC (International Business Company)  şirkətini qeydiyyatdan keçirməkdə köməklik göstəririk.

Bu növ şirkət heç bir vergiə cəlb olunmur və aşağıdakı səbəblərə görə xarici investorlara xüsusi marağı əks etdirir:

  • Şirkət hətta rəhbərlərinin yerli vətəndaşlar olması halında da Britaniya Vircin adalarının büdcəsinə vergilərin və ödəmələrin ödənilməsindən bütünlüklə azaddır;
  • Şirkət adlı səhmlər və daşıyıcı səhmlər buraxa bilər (bu növ səhmlər bir şəxsdən digər şəxsin sahibliyinə ötürülmə yolu ilə keçə bilər; onların sahiblərinin adları heç bir yerdə qeydə alınmır); o, öz səhmlərini əldə edə və onun daşıyıcısı ola bilər;
  • Bir şəxslə şirkətin təsis edilməsinə icazə verilir – şirkətdə bir direktorun olması tələb olunur; onun funksiyalarını hüquqi şəxs yerinə yetirə bilər;
  • Direktorlar və təsisçilərin vətəndaşlığına münasibətdə qanunvericilik tələbləri mövcud deyil;
  • Səhmdarların, direktorların, vəzifəli şəxslərin iclası istənilən başqa ölkədə, həmçinin telefon və elektron əlaqə vasitələrindən istifadə etməklə keçirilə bilər;
  • Britaniya Vircin adalarında bu cür şirkət üçün illik lisenziyanın dəyəri bir çox digər yurisdiksiyalardan fərqli olaraq aşağıdır – şirkət öz səhmdarları və direktorları haqqında məlumat təqdim etməyə məcbur deyil;
  • Şirkətin mühasibat və digər hesabatları istənilən yerdə aparıla bilər – şirkətdən dövlət hakimiyyətinin yerli orqanlarına hər hansı maliyyə hesabatları təqdim etməyə məcbur deyil.

Müəssisənin qeydiyyatının mərhələləri

  • Britaniya Vircin Adalarında IBC  şirkətinin qeydiyyatı – 2 gün;
  • Səlahiyyətli dövlət orqanlarına təsis müqaviləsinin (Memorandum), şirkətin Nizamnaməsinin (Articles of Association), şirkətin qeydiyyatı zamanı yerli qanunvericiliyin nəzərdə tutulmuş tələblərinin yerinə yetirilməsi haqqında şirkət-agentin (Registered Agent) şəhadətnaməsi (Certificate); lisenziyaların və digər zəruri sənədlərin alınması – təxminən 10 gün.

IBC tipli şirkət aşağıdakı xarakteristikaya malikdir:

VERGİQOYMA: IBC tipli şirkətlər Britaniya Vircin adalarında vergiləri ödəmirlər.

TƏSİSÇİLƏR: Şirkətin qeydiyyatı üçün ən azı 1 nəfər təsisçi tələb olunur; şirkətin səhmləri qeydiyyata alınmış və ya daşıyıcıda ola bilər. BVI dövlət reyestrində təsisçilər haqqında məlumatlar açıqlanmır. Lakin səhmdarların (təsisçilərin) siyahısı BVI-də şirkətin qeydə alınmış ünvanında saxlanılmalıdır. 2005-ci ilin yanvarından etibarən qəbul olunan fərmana əsasən daşıyıcı səhmləri buraxmağa icazə vermək statusunda olan şirkətlər hətta əgər həmin müəssisələr bir səhm buraxmasalar da 1000 USD həcmində Lisenziyalaşdırılmış Dövlət Rüsumu ödəməlidirlər. Səhmlər lisenziyalaşdırılmış daşıyıcıda (vəkildə) saxlanılmalıdır.

DİREKTORLAR:

Şirkətin fəaliyyət göstərməsi üçün ən azı 1 direktor tələb olunur. Korporativ direktorluq mümkündür. BVI dövlət reyestrində direktorlar haqqında məlumatlar açıqlanmır.

İLLİK HESABAT

İllik mühasibat hesabatı tələb olunmur, sadəcə bilmək lazımdır ki, lisenziya haqqı tam şəkildə ödənilməyibsə, dövlət rüsumunun 50 %-i cərimə olaraq tutulacaqdır.

FƏALİYYƏT VƏ AD ÜZRƏ MƏHDUDİYYƏTLƏR

Ad bildirməlidir ki, bu şirkət məhdud məsuliyyətlidir – “limited”. Aşağıdakı ifadələr mümkündür: Limited, Corporation, Incoporated, Societe Anonyme or Sociedad Anonima. Assurance, Bank, Building Society, Fund, Insurance kimi bəzi sözlər vardır. Royal və Trust lisenziyasız və xüsusi icazəsiz istifadə oluna bilməz.

YERLİ TƏLƏBLƏR

Yerli qanunvericiliyə uyğun olaraq şirkətin BVI-də qeydə alınmış ofisi olmalıdır, həmçinin BVI rezidenti olan şəxsi qeydiyyata alınmış agent qismində təyin etməlidir. Bizim şirkətimiz bu cür xidmətləri təqdim edir.

GİZLİLİK

BVI-də gizlilik haqqında xüsusi qanunvericilik mövcud deyil.

İLLİK ÖDƏNİŞLƏR

Katiblik xidmətlərinin təqdim edilməsi (qeydiyyata alınmış hüquqi ünvan, yerli rezident agent və şirkətin katibi) – 1000 USD

Dövlət rüsumu – 350 USD

BİRİNCİ İL ÜÇÜN XƏRCLƏR – 2600 USD

NÖVBƏTİ İLLƏR ÜÇÜN XƏRCLƏR – 1350 USD

Yuxarida qeyd olunan qiymətlər icazə verilən maksimal nizamnamə kapitalı – 50 000 USD olan şirkətin qeydiyyatı üçün nəzərdə tutulub. Nisbətən yüksək nizamnamə kapitalı olan şirkətin qeydiyyatı zamanı böyük həcmdə qeydiyyat və dövlət rüsumları ödəmək tələb olunur.

ƏLAVƏ XİDMƏTLƏR

Direktorlar / Nominal Səhmdarlar

Banklarda hesablar

Korrespondensiyaların qəbulu, faks, telefon və digər ofis xidmətləri

Seçilmiş telefon xətləri

Trast xidmətləri