Qiymətləndirmə xidmətləri PDF faylını al Çap E-poçt

«EXPERT SM» beynəlxalq hüquq və konsaltinq şirkəti hüquqi və fiziki şəxslər üçün qiymətləndirmə fəaliyyətini həyata keçirir.

Qiymətləndirmə qrupu qiymətləndirmə fəaliyyəti sahəsində böyük təcrübəyə malikdir, yüksək səviyyəli, dəqiq və keyfiyyətli xidmətlə təmin edir.

2006-cı ilin oktyabrında Azərbaycan Sahibkərlar Konfederasiyasının rəyi, Azərbaycan Respublikasının Milli Bankının və Azərbaycan İpoteka Fondunun qərarı əsasında qrupun əməkdaşları ipoteka kreditlərinin verilməsi üzrə xidmət göstərən müəssisələrin tərkibinə daxil edilmişdilər.

Bizim qrupun aktivində Zaqatala fındıq zavodu, Ağdaş Ticarət Mərkəzi, Bakı ş. Sabunçu tikiş fabriki və s kimi böyük işlər vardır. Bu yaxınlarda iri obyekt olan «Bakcell» Ltd-də, SGS-kompleksdə əmlakının qiymətləndirilməsi keçirilmişdir.

Qiymətləndirmə fəaliyyəti və ipoteka kreditləşməsi üzrə qrupun partnyorları "Texnikabank", "Kapital Bank", "Unibank", "Nikoyl", "Muğanbank" kimi banklardır.

Qiymətləndirilmə üzrə hesabat beynəlxalq standartlara müvafiq olaraq videomaterial əlavə olunmaqla yazılı formada sənədlər paketi şəklində təqdim olunur.

 

Qiymətləndirmənin aşağıdakı növləri həyata keçirilir:

 

• Hər növ biznesin qiymətləndirilməsi.

• Müəssisənin investisiya qoyuluşuna qədər qiymətləndirilməsi.

• Binaların, tikillərin, evlərin (villaların), mənzillərin qiymətləndirilməsi.

• Mənzilillərin ipoteka krediti üçün qiymətləndirilməsi.

• Torpaq sahələrinin, bağ və koteclərin qiymətləndirilməsi.

• Sex, fabrik və zavod avadanlıqlarının qiymətləndirilməsi.

• Avtonəqliyyat müəssisələrinin və qarajların qiymətləndirilməsi.

• Avtonəqliyyat vasitələrinin (bütün markalada) qiymətləndirilməsi.

• Fiziki və hüquqi şəxslərin səhmlərinin qiymətləndirilməsi.

• Restoranların və restoran biznesinin qiymətləndirilməsi.

• Müəssisənin dəyərinin aşağıdakı məqsədlər üçün qiymətləndirilməsi:

- məhkəmə

- bölünmə

- birləşmə

- balansa götürmə

- alqı-satqı

• Nizamnamə kapitalına daxil etmək üçün mülkiyyətin qiymətləndirilməsi.

• Hüquqi və fiziki şəxslərə dəymiş zərərin qiymətləndirilməsi.