Hüquq xidmətləri
PDF faylını al Çap E-poçt

Expert SM şirkəti yerli və xarici təşkilatlara və müəssisələrə 2002-ci ildən xidmət göstərir.

Biz geniş hüquqi praktikaya əsaslanaraq, hüquqi şəxslərə peşəkar hüquqi xidmətlər göstəririk, və müştərilərlə müqavilə münasibətlərinin tam məxfi saxlamağını təmin edirik.
Sizin nəzərinizə çatdırılan xidmətlər bizim müştərilərimizin biznesinin müdafiəsinə və onun effektiv inkişafına yönəlir.

Expert SM aşağıda qeyd olunan hüquq xidmətlərini təklif edir:Cinayət, Mülki, Əmək və digər hüquq sahələri üzrə müştərilərimizin maraq və mənafelərinin məhkəmədə müdafiə olunması.

Kommersiya hüququ

  • Debitor və kreditor borcların inventarizasiyası və təhlili. Problemli debitor borcların geri qaytarılması, borc öhdəliklərinin idarə olunması.
  • Müqavilə baglamağı, dəyişməsi və icrası ilə bağlı mübahisələrin nizamlanması.
  • Sahibkarların hüquqlarının üçüncü şəxslərin qeyri-hüquqi hərəkətlərindən müdafiəsi. Hüquqi qeydiyyat.
  • Hüquqi ekspertiza və biznes-layihələrin müşaiyəti.
  • Müştərilərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi.

Korporativ hüquq

  • Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi.
  • Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili;
  • Sizin biznesinizin Offşor trastlarının və fondların istifadə olunması yolu ilə yaradılan təhlükələrdən müdafiəsi;
  • Daxili korporativ və təsis sənədlərinin hazırlanması;
  • Aksiyaların əldə edilməsi və satılmasının hüquqi müşaiyəti;
  • Sahibkar və menecer arasında mübahisələrin nizamlanması;
  • Cəmiyyətin idarə olunmasında səhmdarlara öz hüquqlarının izah olunması;
  • ABŞ-da LLC və Corporation C (Inc) ləğvi.

Vergi hüququ

  • Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərin hüquqi ekspertizası.
  • Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergiödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi.
  • Vergi mübahisələrinin məhkəmə/məhkəmədən xaric qaydada nizamlanması.
  • Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaqların qaytarılması.
  • Artıq ödənilmiş/alınmış vergi və rüsumların geri qaytarılması. Ixrac ƏDV-nin geri qaytarılması.
  • Amerikada vergi məsələləri ilə bağlı məsləhətlərin verilməsi.

Müqavilə hüququ

  • Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi;
  • Sxemlərin, əməliyyatların, əqdlərin, onların sonrakı təkmilləşdirilməsi məqsədi ilə hüquqi təhlili, müqavilənin ayrı-ayrı şərtlərinin dəyişdirilməsi, əqdlərin vergi aqibətinin qeyri-müəyyənliyi baxımından arzuolunmazlığı ilə bağlı məsləhətlərin verilməsi.

İqtisadi mübahisələr, məhkəmələrdə nümayəndəlik

  • Təşkilatların məhkəmədə, apellyasiya və kassasiya məhkəmələrində maraqların təmsil edilməsi.
  • Müştərinin iqtisadi fəaliyyət sahəsində cinayət və inzibati işlər üzrə hüquq və mənafelərinin qorunması.
  • Cinayət işlərində müştərilərin hüquq və maraqlarının qorunması.
  • Müştərilərin nəzarət orqanları (DİŞ, prokurorluğ və vergi orqanları) ilə münasibətdə hüquq və maraqların qorunması.

 


Expert SM firması müəssisələrə abonent servis qaydasında müştərinin fəaliyyətində meydana çıxan bütün hüquqi problemlərin həllini əhatə edən xidmətlər göstərir.

Expert SM firması abonentlərinə aşağıdakı xidmətləri göstərir:

 

  • Yerli və xarici firmaların biznesin istənilən sahəsində fəaliyyətinin hüquqi müşaiyət olunması.
  • Dövlət sektoru ilə qarşılıqlı münasibətlərlə bağlı məsləhətlərin verilməsi, mübahisələrin tənzimlənməsi.
  • Nəzarət orqanları (DİO, prokurorluğ, vergi) ilə münasibətlərdə müştərinin nümayəndəliyinin həyata keçirilməsi.
  • Lisenziyaların və icazələrin alınması.
  • Təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması.
  • Müqavilələrin bağlanması, icrası, dəyişdirilməsi və xitamı ilə bağlı mübahisələrin tənzimlənməsi.

 


Expert SM Sizə ailə hüququ üzrə aşağıdakı xidmətləri təklif edir:

  • Ailə hüququ üzrə məsləhətlərin verilməsi.
  • Daşınar və daşınmaz əmlakın idarəolunması barədə məsləhətlərin verilməsi.
  • Notarial xidmətlər.
  • Inzibati hüquqla (avtomobil müfəttişliyi ilə, icra hakimiyyəti ilə, yerli idarəetmə orqanları ilə və s. qarşılıqlı münasibətlər) bağlı münasibətlərin həlli.
 
Mülki, inzibati, cinayət işlərinin aparılması konsultasiyası PDF faylını al Çap E-poçt

1. Əmək (qeyri-qanuni işdən çıxarılma, həm işəgötürənin, həmçinin də işçinin hüquqların məhdudlaşdırılması ilə əlaqədar mübahisələr və s.), ailə hüququ (boşanma, nigahın pozulması ilə əlaqədar mübahisələr, əmlakın bölünməsi, aliment, nigah müqaviləsinin tərtib olunması və s.) ilə əlaqədar məsələlərin konsultasiyası.

2. Daşınmaz əmlak, torpaq və digər əmlakla, həmçinin xaricdə yerləşən əmlakla bağlı sazişlərin müşayiət edilməsi, konsultasiyası.

3. Vətəndaşlara və hüquqi şəxslərə hüquqi xidmətin göstərilməsi, əmlakla əlaqəli sazişlərin müşayiət edilməsi.

4. Arbitraj, Mülki, Cinayət və İnzibati işlərin aparılması və konsultasiyası. Pozulmuş qanunların qorunmasının formalaşdırılması məsələləri ilə əlaqədar konsultasiya, yaxud qanunu tədbiq etmə praktikasının müxtəlif aspektlərindən dəqiq və düzgün məsləhətlər.

5. Müqavilələrin hüquqi ekspertizası, danışıqlarda iştirak.

6. Məhkəmə icraçısının qaldırdığı icra etmə işlərinin (məhkəmə qərarının yerinə yetirilməsi, öhdəliklərin məcburi yerinə yetirilməsi, icra vərəqinə uyğun cərimələr, əmlaka həbsin qoyulması və götürülməsi, həbs qoyulmuş əmlakın qaytarılması, əmlakın alınmasına müraciət) aparılması.

 
Sizin biznesinizin abunəçi kimi hüquqi müşayiəti PDF faylını al Çap E-poçt

Biznesin hüquqi müşayiəti. Abunə hüquqi xidmətin göstərilməsi.

Abunə hüquqi xidmətin göstərilməsi – bu şirkətin təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosessində yaranan hüquqi məsələlərin yüksək ixtisaslı kompleks müşayiətidir.

Bizim şirkətin daimi hüquqi müşayiətinin üstünlükləri arasında əsasən aşağıdakıları qeyd etmək lazımdır:

  • İstənilən hüquqi məsələlərin operativ surətdə həlli.
  • Hüquqşünasın işinin bir saatlıq qiyməti 1,5-3 dəfə azalır (həll edilən məsələnin həcmindən asılı olaraq).
  • Sizə hər bir xidmət üçün ayrılıqda müqavilə bağlamağa ehtiyac olmur. Siz rahatlıqla büdcənizi planlaşdıra bilirsiz, belə ki, Sizə aylıq abonent ödəmənin qiyməti öncədən məlumdur.
  • Ştatın pul təminatına sərf edilən xərclər onun funksionallılığına zərər vermədən minimuma enir (vergilər, əmək haqları, məzuniyyətlər, sosial paket, xəstəlik kağızları, normativ bazalar, ixtisas artırma kursları, yer, texnika, dəftərxana və digər).
  • Abunə hüquqi xidməti göstərən hüquqşünasların imkanları və təcrübəsi əksər halda təşkilatın hüquq şöbəsinin əməkdaşlarının imkan və təcrübəsini üstələyir. Bizim şirkətdə 5 müxtəlif ixtisaslaşmış şöbə  fəaliyyət göstərir ki, onların hər biri lazım gəldikdə Sizin şirkətlə işə cəlb olunacaqdır. Bu dərhal edilir və xidmətin qiymətinə təsir göstərmir.

Abunəçi hüquqi xidmətin göstərilməsi zamanı bizim şirkət aşağıdakı qaydalara və prinsiplərə əsaslanır:

  • Biz əməkdaşlığa başlamazdan öncə ilkin hüquqi audit keçiririk.
  • Biz tam məxfiliyə təminat veririk.
  • Bizim şirkətdə abunəçi hüquqi xidmətində olan müştərilərə xidmət digər müştərilərlə müqayisədə birincilik prinsipi əsasında həyata keçirilir.
  • Abunə hüquqi xidməti korporasiyanın ekspertlər şurasının üzvlərinin köməkliyi ilə həyata keçirilir, hansının ki, üzvləri bütün dünyanın müxtəlif elm sahələrindən olan qəbul edilmiş mütəxəssis və alimlərdir.
  • Biz abunə hüquqi xidməti üçün müqaviləni minimum 3 aylıq bağlayırıq.
  • Bizim korporasiyanin abunəçilərinə-şirkətlərə təstiq olunmuş tarif planına daxil olmayan bütün hüquqi xidmətlərə 25 % endirim təqdim edilir.
  • Bizim şirkətin əsas vəzifəsi – müştəriyə möhkəm hüquqi qorunma imkanı verməklə, heç bir konflikt halların həllinə yayınmadan öz biznesini inkişaf etdirmək və artırmaq şəraiti yaratmaqdır. Biz inanıriq ki, əsl hüquqşünas işi məhkəməyə çatdırmamaq üçün bütün gücündən istifadə etməlidir.
  • Biz orta və böyük bizneslə işləyən zaman məsuliyyət sığortası edirik.

Təşkilatlara hüquqi xidmətlərin göstərilməsi özünə aşağıdakı xidmətlərin göstərilməsini daxil edir:

  • Abunəçi-şirkətin əsas fəaliyyətinə uyğun qanunvericiliyin monitorinqi.
  • Sahibkarlıq, əmək hüququ üzrə konsultasiyalar, qüvvədə olan AR qanunvericiliyinə uyğun arayışlar.
  • Firmanın bütün hüquqi sənədlərinin, o cümlədən  təsis sənədlərinin, müqavilələrin və s. yoxlanılması və hüquqi analizi.
  • Hüquqi sənəd dövriyyəsinin təşkil edilməsi; hüquqşünasın baxışı üçün nəzərdə tutulmuş sənədlərin meyerlarının təyin edilməsi.
  • Səhmdarların reyestrlərinin işlənib hazırlanması və səhmdarların reyestrlərinin emitentlərlə aparılması üzrə konsultasiyalar.
  • Sazişlərin hüquqi müşayiət edilməsi.
  • Xarici banklarda hesabların açılması.
  • Müflisləşmə prosedurlarının hüquqi müşayiət edilməsi.
  • Firmanın inzibati orqanlarda və kompaniyanın partnyor və müştəriləri ilə danışıqlarında  maraqlarının təmsil edilməsi.
  • Hüquqi sənədlərin (təsərrüfat və əmək müqavilələrinin, iddiaların, iddialara cavabların, prosessual sənədlərin və s.) azərbaycan, rus və lazım gəldikdə ingilis dilində tərtib edilməsi.
  • Məhkəmə öncəsi və məhkəmədən kənar təsərrüfat və əmək münaqişələrinin danışıqlar və digər qanuni üsullarla yoluna qoyulması.
  • Şirkətin maraqlarının məhkəmələrdə təmsil edilməsi.

Bizim şirkətin mütəxəssisləri ilə əməkdaşlıq riskləri xeyli endirməyə, Sizin hərəkətlərin keyfiyyətli hüquqi ekspertizasını apararaq problemli məsələlərin yarandığı ilkin mərhələlərdə obyektiv olaraq diaqnozunun təyin olunmasına səbəb olur.

 
Fiziki və hüquqi şəxslərin mənafeylərinin təmsili PDF faylını al Çap E-poçt

Rusiya və digər fiziki və hüquqi şəxslərin maraqlarının xaricdə təmsil olunması, beynəlxalq razılaşmaların müşayiət edilməsi.

Bütün dünyada qanunvericilik aktlarının və normativ sənədlər bazasının sistematik olaraq dəyişdirilməsi şəraitində qeyri-peşəkara müstəqil olaraq bu və ya digər hüquqi incəlikləri öyrənmək və baş çıxarmaq çox çətindir.

Biz Rusiya fiziki və hüquqi şəxslərin maraqlarını xaricdə təmsil edirik. Bizim hüquqi məsləhətlərimiz Sizə lazımi sənədlərin tərtib olunması və alınmasında istiqamətləndirməkdə kömək edəcək, biz beynəlxalq sazişlərin, həmçinin də xüsusi olaraq əmlak sahəsində olan sazişlərin müşayiət olunmasını öz üzərimizə götürürük.

Biz həmçinin Sizə sizin ayrı-ayrı hüquqi xarakterli tapşırıqlarınızın yerinə yetirilməsində köməklik edə bilərik. Bizim mütəxəssis Sizin işlərinizlə əlaqədar olaraq xaricə də səfər edə bilər.

Əgər Siz bağlanılan sazişin qanuniliyində əmin olmaq və gələcəkdə reallaşdırdığınız sazişin mübahisə edilməsi riskinin olmaması təminatını almaq istəyirsinizsə, yüksək ixtisaslı hüquqşünasları cəlb etmədən buna nail ola bilməzsiniz. Heç bir sivil saziş belə mütəxəssislərsiz keçinmir. Bu xidmətlərə sərf olunan xərclər Sizin işinizin təhlükəsizliyinin qiymətidir.

Bizim hüquqşünaslarımız sazişin bağlanması üçün hüquqi özülü hazırlayacaq, tam hüquqi müşayiəti təmin edəcəklər. Bütün saziş proseduru ərzində etibar edə biləcəyiniz professionalın dəstəyini hiss edəcəksiniz.

 
Miqrasiya xidmətləri PDF faylını al Çap E-poçt

Əcnəbilər üçün sənədlərin tərtib edilməsində kömək:

- müvəqqəti yaşayış üçün icazə;

- iş icazəsi;

- vizanın uzadılması;

- müvəqqəti yaşayış icazəsinin uzadılması;

- yaşayış yeri üzrə qeydiyyat;

- xaricdə alınmış diplomların Azərbaycan Respublikasında ərazisində tanınmasına (nostrifikasiya) kömək;

- ABŞ-a vizaların alınması ilə bağlı məsləhətlərin verilməsi.

 
Hüquqi konsultasiya PDF faylını al Çap E-poçt
  1. İstehlakçıların hüquqlarının qorunması məsələləri üzrə hüquqi konsultasiya;
  2. Hüquqi şəxslərin istənilən təşkilati-hüquqi formaların yaranması ilə əlaqədar məsələlərin hüquqi konsultasiyası;
  3. Planlaşdırılan fəaliyyət növünün spesifikasını və iştirakçıların münasibətlərinin xarakterini nəzərə alıb təşkilati-hüquqi formanın seçılməsində köməklik;
  4. Daxili sənədlərin hazırlanmasında və düzgün tərtib edilməsində köməklik;
  5. Müxtəlif sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması;
  6. Nümunəvi sənədlərin tərtib edilməsi;
  7. Müxtəlif növ müqavilələrin tərtib edilməsi;
  8. Vəzifə instruksiyalarının tərtib edilməsi;
  9. Əmək müqavilələrinin tərtib edilməsi;
  10. Ərizə və şikayətlərin hazırlanması və tərtib edilməsində köməklik;
  11. Şifahi rəyin verilməsi ilə ilkin təqdim edilmiş sənədlərin analizi;
  12. Yazılı rəyin verilməsi ilə bütöv həcmdə təqdim edilmiş sənədlərin hüquqi ekspertizası (tədqiq edilməsi);
  13. Hüquqi məsələlər üzrə şifahi konsultasiyalar;
  14. Hüquqi məsələlər üzrə yazılı konsultasiyalar;
  15. Biznes konsaltinq.

Əsas sahələr və xüsusi intizam hüququ üzrə göstərilən hüquqi konsultasiya xidmətləri:

 

  1. Mülki və kommersiya hüququ:
  2. Əmlak münasibətləri:
  3. Məcburi hüquq (istənilən növ saziş və müqavilələr);
  4. Əşya hüququ ( mülkiyyət hüququ, təsərrüfatın aparılması hüququ, operativ     idarəçilik hüququ);
  5. Deliktlər ( törədilmiş zərərdən öhdəlik).
  6. Qeyri-mülki münasibətlər.
  7. Əqli mülkiyyət.
  8. Əmək hüququ.
  9. Dövlət və bələdiyyə hüququ.
  10. Maliyyə, büdcə, vergi hüququ.
  11. Mülki prosessual hüquq.
  12. Beynəlxalq xüsusi hüquq.
  13. İnformasiya hüququ.
  14. Digər sahələr və hüququn xüsusi intizamları.
 
Müqavilələr (kontraktlar) üzrə işlər (xidmətlər) PDF faylını al Çap E-poçt

MÜQAVİLƏLƏRİN BAĞLANMASI MƏRHƏLƏSİNDƏKİ İŞLƏR (XİDMƏTLƏR)

  1. Müqavilələrin (kontraktların) bağlanması zamanı danışıqların aparılmasında iştirak, sazişin hüquqi tənzimlənməsinin müşayiəti ilə.
  2. Müqavilələrin proektlərinin tərtib olunması:
    • Beynəlxalq xarici ticarət kontraktları və xarici iqtisadi kontraktlar;
    • Diler kontraktları;
    • Təchizat kontraktları;
    • Distribyutor müqavilələri;
    • Diler razılaşmaları;
    • Əmək müqavilələri;
    • Eksklyuziv muqavilələr və s.
  3. Yazılı nəticə verilməsi ilə müqavilə layihəsinin hüquqi ekspertizası.
  4. Müqavilə öncəsi mübahisələrin həll edilməsində iştirak.

MÜQAVİLƏLƏRİN DƏYİŞDİRİLMƏSİ, LƏĞV EDİLMƏSİ VƏ YERİNƏ YETİRİLMƏSİ MƏRHƏLƏSİNDƏ İŞLƏR (XİDMƏTLƏR)

  1. Müqavilələrin dəyişdirilməsi və ləğv edilməsi məsələlərində danışıqlar zamanı iştirak.
  2. İlkin müqavilələrə dəyişiklik proyektlərinin  və əlavə razılaşmaların tərtib edilməsi.
  3. Müqavilə öhdəliyinin səbəblər tətbiq etməklə tam və ya qismən dayandırılması.
  4. Yazılı rəy verilməklə bağlanmış müqavilənin öhdəliklərinin yerinə yetirilməsinin hüquqi reallığının qanuni analizi (hüquqi mübahisələrin olmadığı halda).
    • Mülki xarakterli müqavilələrdə;
    • Qeyri-mülki xarakterli müqavilələrdə.
  5. Yazılı rəy verilməklə bağlanmış müqavilənin öhdəliklərinin yerinə yetirilməməsinin hüquqi səbəblərinin analizi (hüquqi mübahisələrin olmadığı halda).
    • Mülki xarakterli müqavilələrdə;
    • Qeyri-mülki xarakterli müqavilələrdə.
  6. Ticarət müqaviləsinin bağlanması anından (proyektin hazırlanmasında iştirak daxil olmaqla) icra edilməsi və ya ləğv edilməsi anına qədər hüquqi müşayiət edilməsi.
  7. İşgüzar məktubun tərtib edilməsi.

 
Hüquqi audit (Legal Due diligence) PDF faylını al Çap E-poçt

Hüquqi audit — mövcud qanunverciliyə, işgüzar adətlərə və məhkəmə təcrübəsinə uyğunluğunu müəyyən etməyə imkan verən, şirkətin təsis sənədlərinin, hüquqmüəyyənedici və müqavilə sənədləşməsinin yoxlanılması və tədqiqi sahəsində kompleks tədbirlərdir.

Aşağıda göstərilən hallarda şirkətin itkilərə məruz qala biləcəyi risklərinin qarşısı alınması məqsədilə mövcud sənədləşmənin azərbaycan qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılması- hüquqi auditin əsas hədəfidir:

• Şirkətə inzibati cərimələrin və müxtəlif dövlət orqanları tərəfindən sair sanksiyaların tətbiq edilməsi hallarında;

• Mövcüd müqavilələrin lazımi qaydada icra olunmamasına görə müqavilə tərəfdaşlarına dair sanksiyaların tətbiq edilməsi hallarında;

• Müqavilə tərəfdaşların öz öhdəliklərinin yerinə yetirilməməsi təqdirdə;

• Şirkət işçilərinin öz vəzifələrindən sui-istifadə etdikdə;

• Aktivlərin (daşınmaz obyektlərin, intellektual mülkiyyət obyektlərinin) qanunsuz ədlə edilməsi və istifadə edilməsi hallarında və sair.

“Ekspert SM” Hüquq və Konsaltinq Şirkəti yoxladığı şirkətin bütün fəaliyyətini və ya onun hər hansı tərkib hissəsinin hüquqi auditini (due diligence) aparır.

Müştərinin tələbindən asılı olaraq, biz aşağıdakı xidmətləri təklif edirik:

- kredit və ya debitor borcunun yoxlanılması da daxil olmaqla, müqavilə münasibətlərinin auditi;

- daşınar və/və ya daşınmaz əmlaka (həmçinin torpağa) dair sənədlərin auditi;

- menecment sisteminin auditi;

- şirkətdaxili əmək münasibətlərinin auditi;

- məhkəmə işlərinin və icra icraatının auditi və onların sərfəli həlli yollarının müəyyən edilməsi;

- investisiya əqdlərinin auditi və sair.

Hüquqi auditin aparılma müddəti və qiyməti tədqiq olunacaq sənədləşmənin həcmindən və təhlil olunacaq məsələlər dairəsindən asılıdır.

Hüquqi auditin nəticələri hesabat şəkilində təqdim edilir və burada aşkar olunan hüquqpozmalar, onların aradan qaldırılması üçün tədbirlər planı göstərilir.

“Ekspert SM” Hüquq və Konsaltinq Şirkəti hüquqi auditin keçirilməsində əldə etdiyi məlumatı konfidensial məlumat hesab edir və onun yayılmamasına zəmanət verir.

Beləliklə, hüquqi auditin keçirilməsi şirkətin və onun idarəedici orqanlarının fəaliyyətinin qanunauyğunluğunu müəyyən etməyə və biznesin təkmilləşdirilməsinə köməklik göstərəcəkdir.

 

 
Azərbaycanda biznesin aparılması PDF faylını al Çap E-poçt

Expert SM Beynəlxalq hüquq və konsaltinq şirkəti artıq on ildən çoxdur ki Azərbaycanda hüquq və biznesin müşayiət olunması üzrə xidmətləri göstərir. 2009- cu ildə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin (AMCHAM Azərbaycan) üzvlüyünə daxil olaraq, Expert SM iqtisadiyyatın bütün bölmələrində öz fəaliyyətini yerinə yetirən 180-dən çox şirkətə qoşulmuşdur. 2011-ci ildə Expert SM şirkəti EDTP sertifikatını almışdır. Eyni vaxtda 2011- ci ildə Expert SM şirkəti Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının daimi üzvü olmuşdur.

 

Yarandığı gündən bəri Expert SM şirkətinin mütəxəssisləri müştərilərin xeyrinə təcrübə və dərin hüquqi bilikləri toplayaraq hər gün öz bacarıqlarını təkmilləşdirirlər. Növbəti işə başladıqda biz öz peşəkarlığımızı sözlə deyil, əməllərimizlə təsdiq edirik. Bütün təşkilati-hüquqi formalarda müəssisələrin qeydə alınmasını həyata keçiririk, həmçinin Azərbaycanda biznesin aparılması ilə bağlı bütün məsələlərdə məsləhət veririk.

 

Expert SM Beynəlxalq hüquq və konsaltinq şirkətinə müraciət etməklə, siz Azərbaycanda qeydiyyat məsələsi, biznesin aparılması, həmçinin Azərbaycanda investisiya siyasətinin xüsusiyyətləri barədə əlverişli və hərtərəfli hüquqi məsləhət alacaqsınız. Gələcəkdə bizim hüquq şirkətinin mütəxəssisləri hüquqi yardımı göstərərək, mühasibatlıq və audit xidmətlərini təmin edərək, sizin fəaliyyətinizə qismən və yaxud da, tam müşayiəti təmin edəcəkdir.

 

İşçi heyyəti iqtisadiyyat və hüquq sahəsinin mütəxəssislərindən ibarətdir. Şirkətimizin işində çoxistiqamətli təcrübəli mütəxəssislər iştirak edir. İşin çətinliyindən asılı olmayaraq, bizim mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, şirkətin nüfuzunu məsuliyyətli və etibarlı tərəfdaş qismində formalaşdırmışlar.

 

Bizim mütəxəssislər nəinki qüvvədə olan qanunvericiliyi bilir, həm də, daxili qanunvericilikdə və sahibkarlıq fəaliyyətini tənzimləyən beynəlxalq hüquqi aktlarda baş verən dəyişikliklərini və öz tərəfdaşlarının hüquqi yurisdiksiyasına aid qanunvericiliyi və orada baş verən dəyişiklikləri izləyir. Bundan başqa, uzunmüddətli təcrübə fəaliyyəti sayəsində Expert SM şirkətinin hüquqşünasları dövlət orqanlarında və beynəlxalq təşkilatlarda təqdim edilən sənədlərin rəsmiləşdirilməsində olan tələblərlə tanışdılar. Bununla yanaşı, Expert SM Hüquq və Konsaltinq şirkətinin mütəxəssisləri yerli və beynəlxalq müqavilə hüququ sahəsində dəyərli məsləhətlər verir.

 

Əgər sizə Azərbaycanda şirkət qeydiyyatı lazım olarsa bizim mütəxəssislər təşkilati-hüquqi forma seçimində, sənədlər paketinin hazırlanması və dövlət orqanları ilə hüquqi yazışmanın düzgün aparılmasında yardım göstərəcək. Biz müştəri maraqlarının məxfiliyinə, qanunilik və prioritet prinsiplərinə riayyət edirik. Bizimlə Azərbaycanda biznesin aparılması, sizin üçün səmərəli və təhlükəsiz olacaq.

 

Əgər sizə Azərbaycanda hüquq xidmətləri lazım olarsa, Expert SM şirkətinə müraciət edin. Biz sizə yardım edəcəyik!