Müəssisə və şirkətlərin Bolqarıstanda qeydiyyatı

Müəssisə və şirkətlərin Bolqarıstanda qeydiyyatı

Expert SM şirkəti Bolqarıstanda aşağıdakı növ hüquqi şəxslərin qeydiyyatı zamanı köməklik göstərir:

  • OOD (MMC) Nizamnamə Kapitalı – 2.500 avro (70 %-i qeydiyyatdan öncə ödənilməlidir), təsisçi və direktor 1 və daha artıq ola bilər, direktorun/təsisçinin rezidentliyinə qarşı tələblər yoxdur.
  • AD (SC) Nizamnamə Kapitalı- 25.000 avro (25 %-i qeydiyyatdan öncə ödənilməlidir), 1 və daha artıq səhmdar, direktorlar şurasının 3-9 üzvü, 1 və daha artıq sədr, direktorun/təsisçinin rezidentliyinə qarşı tələblər yoxdur.
  • Xarici şirkətin Bolqarıstanda nümayəndəliyi/filialı (Nizamnamə Kapitalı olmur).

Müəssisənin qeydiyyatı üçün lazımi sənədlər:

  • Şirkətin təsisçisinin (təsisçilərinin) və direktorunun (direktorlarının)  pasportlarının surətləri.
  • Əgər təsisçilər – hüquqi şəxslərdirsə, onda şirkətin nizamnamə sənədləri və törəmə strukturun/nümayəndəliyin* yaradılması haqqında qərar.
  • Anket məlumatları.

____________________________

* – notarial təsdiq edilmiş və ingilis dilinə tərcümə olunmuş.

Şirkətin qeydiyyat müddəti:

  • OOD (MMC) – 30 gün.
  • AD (SC) – 30 gün.
  • Xarici şirkətin Bolqarıstanda nümayəndəliyi/filialı – 40 gün.

həmçinin Expert SM şirkəti aşağıdakı köməklikləri göstərir:

  • Bank hesabının açılması.
  • Şirkətin hüquqi ünvanının təqdim edilməsi (zənglərə cavabların və poçt ilə göndərilən sənədlərin göndərilməsi ilə hüquqi ünvan).
  • Şirkətin mühasibat hesablarının aparılmasının təşkil edilməsi.
  • Nominal direktorların təqdim edilməsi.
  • Nominal təsisçinin təqdim edilməsi.
  • Apostilin rəsmiləşdirilməsi.

Bolqarıstan firmalarında vergi qoyulma:

Bolqarıstan firmaları maliyyə ili üçün ildə bir dəfə (iyulun axırında) hesabat verirlər.