Müəssisə və şirkətlərin Almaniyada qeydiyyatı

Müəssisə və şirkətlərin Almaniyada qeydiyyatı

Expert SM şirkəti Almaniyada (ölkənin bütün iri şəhərlərində) aşağıdakı növ hüquqi şəxslərin qeydiyyatı zamanı köməklik göstərir:

  • GmBH (Məhdud Məsuliyyətli Cəmiyyət) (Nizamnamə Kapitalı 25.000 avro)
  • Xarici şirkətin Almaniyada nümayəndəliyi/filialı.

Müəssisənin qeydiyyatı üçün lazımi sənədlər:

  • Şirkətin təsisçisi (təsisçiləri) və direktoru (direktorları)* haqqında məlumat: S.A.A., doğulduğu tarix və yer, qeydiyyatda olduğu yer*.
  • Əgər təsisçilər – hüquqi şəxslərdirsə, onda şirkətin nizamnamə sənədləri və törəmə strukturun/nümayəndəliyin* yaradılması haqqında qərar.
  • Nizamnamə Kapitalının* ödənilməsi haqqında qərar.
  • Yaradılan şirkətin adı və fəaliyyət növləri.
  • Yaradılan şirkətin səhmlərinin nominalı (min. – 100.00 avro).

____________________________

* – məsləhət görürük ki, Aİ vətəndaşı və ya Aİ Yİ-i sahibi olan direktor (ortaq direktor) təyin edilsin. Lazım gələrsə, bizim şirkət Sizə direktor namizədini təqdim edər.

* * – notarial təsdiq edilmiş və ingilis dilinə tərcümə olunmuş.

Şirkətin qeydiyyat müddəti:

  • GmBH – 3-6 həftə (səhmdarların sayından və qeydiyyat orqanının işlə yüklənməsindən asılı olaraq).
  • Xarici şirkətin Almaniyada nümayəndəliyi/filialı – 3-8 həftə.

həmçinin Expert SM şirkəti aşağıdakı köməklikləri göstərir:

  • Bank hesabının açılması.
  • Şirkətin mühasibat hesablarının aparılmasının təşkil edilməsi.
  • Təchiz edilmiş ofisin təqdim edilməsi/şirkətə katiblik xidmətinin göstərilməsi.
  • Almaniyanın qanunvericiliyinə uyğun şirkətin fəaliyyəti üçün lazımi lisenziyaların alınması.
  • Ticarət markasının qeydiyyatı (qeydiyyat 1-1.5 ay çəkir).

Almaniyada əsas vergilər:

  • İctimai vergilər*:

Pensiya ödəmələri: aylıq əmək haqqının (brutto) 19.5 %-i

Tibbi ödəmələr: aylıq əmək haqqının (brutto) 13.5 %-i

Uzun müddətli müalicə üçün sığorta: aylıq əmək haqqının (brutto) 1.75 %-i

İşin itirilməsinin sığortası: aylıq əmək haqqının (brutto) 6.5 %-i

  • ƏDV (TVA) – 16 %
  • Şirkətin gəlirinə qoyulan vergi – 38 %