Məsləhət vermə

Məsləhət vermə

Vergi optimallaşdırılması vasitələri.

“Vergi planlaşdırılması” dedikdə, ilk növbədə, qeyri-rezidentlərin iştirakı ilə olan planlaşdırılmış və ya artıq mövcud vergi analizinin həyata keçirilməsi, vergitutmanın optimallaşdırılması, qeyri-rezident və rezident strukturların qarşılıqlı əlaqəsinin daha əlverişli sisteminin işlənilməsi, vergi, bank və valyuta nəzarəti prosesinin sadələşdirilməsi ilə əlaqədar xidmətlər nəzərdə tutulur.

Vergi planlaşdırılmasının aşağıdakı effektiv elementləri mövcuddur və istifadə oluna bilər:

  1. İkiqat vergitutmanın aradan qaldırılması barədə razılaşmalarda və digər beynəlxalq müqavilələrdə və razılaşmalarda nəzərdə tutulan vergi güzəştləri;
  2.  aşağı vergi dərəcəli yurisdiksiyalarda vergitutmanın minimuma endirilməsinə imkan yaradan mənfəətin yığılması;
  3. Müvafiq yurisdiksiyanın qanunverciliyində nəzərdə tutulmuş vergi güzəştləri;
  4. Xüsusi vergi rejimləri və bir sıra ölkələrdə nəzərdə tutulmuş xüsusi vergitutma zonaları;
  5. Vergi nəticələri nöqteyi-nəzərindən optimal olan müqavilə münasibətləri;
  6. Əməliyyat qiymətlərinin balansı.

Biznesiniz üçün optimal yurisdiksiyanın seçimi.

Yurisdiksiya seçimi – çətin analitik prosedurdur. Anlamaq lazımdır ki, bu sahədə qəbul olunmuş universal qaydalar mövcud deyil, məsləhətlər məhz Sizin biznesiniz üçün xarakterik olan çoxsaylı faktorlardan asılı ola bilər.

Bununla bağlı suallarınız olduğu halda, əlaqə nömrələrimiz və ya elektron poçt vasitəsilə bizim mütəxəssislərdən ətraflı məsləhət ala bilərsiniz.

Beynəlxalq planlaşdırma vasitələrinin tətbiqinin müdafiəsinə yönələn əsas risklər.

Gündəlik fəaliyyətə təhlükə yaradan və aktivlərin qanuni saxlanılmasına səbəb olan risklərin qaynaqları hər hansı bir şirkətdə və ya birbaşa və ya dolayı yolla qiymətli əmlaka sahib olan bir şəxsdə aşkar olunur. Aktivlərin növündən asılı olaraq bu ola bilər:

  1. Reyder hücumu riski;
  2. Dövlətlər tərəfindən pretenziyalar riski;
  3. Tərəfdaşların fikir ayrılığı;
  4. İflas və məhkəmə yolu ilə alınma;
  5. Ailə mübahisələri.

Korporativ məsələlər üzrə məsləhətlər.

Bu xidmət növü çərçivəsində biz Sizə aşağıdakı xidmətləri təklif edirik:

  • Seçilmiş yurisdiksiyada xarici şirkətin idarə olunması təşkili üzrə məsləhətlər (şirkətin direktoruna, səhmdarların tərkibinə, katibə olan tələblər və s.);
  • Xarici şirkətin əldə edilməsi və idarə olunması məxfiliyi məsələləri üzrə analiz və tövsiyələr;
  • Maliyyə məsələləri və digər münasibətlərin idarə olunması;
  • Hüquq və vergi məsələləri üzrə məsləhətlər.

Beynəlxalq layihələrdə müqavilə işi.

Qeyri-rezident şirkətlərlə iş zamanı müvafiq dövlətin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tərəfdaş/kommersiya münasibətlərinin rəsmiləşdirilməsi zərurəti yaranır.

Müqavilənin razılaşdırılması mərhələsində xtisaslı hüquqi dəstək müxtəlif problemlərin və mübahisəli vəziyyətlərin yaranması ehtimalını aradan qaldırmağa imkan verəcək.

Hüquqşünaslarımız tərəfindən Sizə aşağıdakı xidmətlər göstərilə bilər:

  • Xarici kontragentlərlə müqavilələrin və razılaşmaların hazırlanması;
  • Bağlanan müqavilələrin yoxlanılması, bağlanılması planlaşdırılan müqavilələrin və razılaşmaların mətnindən yaranan vergi, mülki-hüquqi risklərin analizi, risklərin aradan qaldırılması üzrə tövsiyələr, müvafiq dəyişikliklərin hazırlanması.

İT startaplara hüquqi xidmətlər.

Startapların hüquqi müşayiəti üzrə xidmətlər:

  • Yurisdiksiyanın seçimi və optimal idarəetmə və sahiblik strukturunun hazırlanması daxil olmaqla xarici şirkətin yaradılması;
  • Müqavilələrin işlənilməsi: səhmdar razılaşmaları, səhmlərə abunə müqavilələri və digər sənədlər;
  • Qeyri-maddi aktivlərin qeydiyyatı və müdafiəsi;
  • Xarici sifarişçilərlə iş üçün müqavilələrin hazırlanması;
  • Əmək münasibətlərinin təşkili;
  • Startapın fəaliyyəti müddətində sövdələşmələrin müşayiəti;
  • İstənilən yurisdiksiyada olan xarici şirkətin mühasibatlığının müşayiəti.

İT startaplar hüquqi sahə çərçivəsində aşağıdakı əsas tələbatları sınaqdan keçirirlər:

  • Planlar və startapın inkişaf perspektivi nəzərə alınmaqla şirkətin qeydiyyatı üçün yurisdiksiyanın seçimi;
  • Startapın təsisçiləri arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsi;
  • Qeyri-maddi aktivlərin müdafiəsi;
  • İnvestorun girişi üçün şəraitin yaradılması;
  • Şirkətdən çıxış şəraitinin təmin edilməsi.