PDF faylını al Çap E-poçt

İnvestisiya layihələrinin kompleks şəklində

hüquqi müşayiəti

İnvestisiya layihəsi- kapital artımının və ya da gəlirin əldə edilməsi məqsədilə pul vəsaiti qoyulmuş müəyyən mərasimlər.

İnvestisiya layihəsi- investisiyalara əsaslanan iqtisadi-sosial layihə; iqtisadi məqsədəuyğunluğa əsaslanan müəyyən bir obyektin birbaşa investisiyalarının əhatə dairəsi və həyata keçmə müddəti; mövcud standartlara uyğun olaraq hazırlanmış layihə sənədlərinin daxil edilməsi.

İnvestisiya layihələri aşağıdakılara bölünür:

• Istehsal

• Elmi-texniki

• Kommersiya

• Maliyyə

• Iqtisadi

• Sosial-iqtisadi

Hüquq və Konsaltinq Şirkəti “Expert SM” investisiya və digər kommersiya layihələrinin müşayiətində, kompleks şəklində hüquqi və təşkilati konsaltinq xidmətlərini təklif edir:

• Kommersiya layihəsinin həyata keçirilməsində (və ya artıq həyata keçirilən) nəzərdə tutulan fəaliyyətin hüquqi tənzimlənməsinə dair müştəriyə məsləhət verilməsi;

• İnvestisiya layihəsi çərçivəsində iqtisadi məqsədlərin həyata keçirilməsində mümkün olan hüquqi yolların nəzərdən keçirilməsi;

• Razılaşmanın ixtiyari iştirakçılarının hüquqi ekspertizası (due diligence ), eləcə də aktiv hüquqları (əgər varsa): korporativ sənədlərin öyrənilməsi, daşınmaz əmlak hüquqları, hüquq, mühasibat, vergi risklərinin qiymətləndirilməsi, riskin aradan qaldırılması üçün mümkün yolları müəyyən etmək;

• Razılaşma strukturunun hazırlanması, yəni: razılaşma iştirakçılarının təşkilati-hüquqi seçimi, razılaşmanın yerinə yetirilməsində yurisdiksiya seçimi, müqavilə münasibətlərinin qurulması, iştirakçıların maraqlarının təmin edilməsi üsullarının seçimi, vergi və maliyyə planlaşdırılması, anti-monopoliya qanunvericiliyinə əməl edilməsi;

• Kommersiya layihələrinin hazırlanması və həyata keçirilməsində yaranan vergi məsələləri üzrə məsləhət;

• Kommersiya layihəsi üçün zəruri olan hüquqi sənədlərin hazırlanması (müqavilələr, protokollar, məktublar, iddialar və.s);

• Kommersiya layihəsi zamanı meydana çıxan bütün məsələlər üzrə dövlət və yerli hakimiyyət orqanlarında müştərinin maraqlarının təmsil edilməsi;

• Kommersiya layihəsinin həyata keçirilməsi ilə əlaqədar, bütün məsələlər üzrə podratçılar və digər şəxslər ilə danışıqlarda iştirak etmək;

• Layihənin hər hansı mərhələsində qeydiyyat proseduralarının həyata keçirilməsi;

• Kommersiya layihəsinin həyata keçirilməsi məsələsi ilə bağlı, məhkəmədə müştərilərin maraqlarının təmsil edilməsi.