Fərdlərə xidmətlərin göstərilməsi

Fərdlərə xidmətlərin göstərilməsi

Xarici banklarda hesabların açılması

Xarici bankda hesabın açılması zamanı aşağıdakılara diqqət olunmalıdır:

  1. Şəxsin bank hesabını açmaq istədiyi ölkənin qanunvericiliyi.
  2. Xarici bankın hesab açmaq proseduru və şərtləri.

Hesablaşma hesabları cari fəaliyyət üçün istifadə olunur və misal üçün, böyük həcmli ticarət əməliyyatları zamanı rahat şəkildə istifadə oluna bilir. Belə hesablar əməliyyatların sayı və həcmi ilə məhdudlaşma tələb etmir.

Əmanət hesabları vəsaitlərin uzunmüddətli və ya qısamüddətli saxlanılması üçün açılır.

Düzgün qərar qəbul etmək üçün ilk öncə bizim mütəxəssislərdən məsləhət almağınızı Sizə tövsiyə edirik.

İnvestisiya yolu ilə yaşamaq icazəsinin və vətəndaşlığın alınması

Şirkətimiz bir çox ölkələrdə investisiya proqramları vasitəsilə yaşamaq icazəsinin və vətəndaşlığın alınması xidmətini təklif edir. Bu ölkələrin sırasında Ukrayna, Macarıstan, Malta, Kipr, Böyük Britaniya, Yunanıstan, Andorra, İtaliya, Almaniya, İspaniya, Portuqaliya, Belçika, Latviya, Avstriya, Fransa, İsveçrə, Bolqarıstan, ABŞ, Kanada, BƏƏ, həmçinin Sent Kits və Nevis, Antiqua və Barbuda, Dominika, Sent Lüsiya kimi Karib ölkələri yer alır.

Fərdlərin vergi planlaşdırılması

Hər bir uğurlu biznesin arxasında real insan durduğu kimi, hər bir səhmin arxasında da onun sahibi dayanır. Şirkətimiz biznesin qurulması, onun idarə edilməsi keyfiyyəti barədə məlumatlar verməyə, o cümlədən hüquq və əmlakın əldə edilməsi, istifadəsi və alqı-satqısının optimal strukturu, xarici yurisdiksiyalarda vergi planlaşdırılması sahəsində öz dəstəyini göstərməyə hazırdır.