Makroiqtisadiyyat


Dünya böhranında yardım PDF faylını al Çap E-poçt

Dünya böhranında yardım.

Dünya iqtisadi böhranı müəyyən dərəcədə bütün şirkətlərə təsir göstərir. Ən pis halda bu, vəsaitlərin tükənməsi və ya borcluların öhdəçilik qabiliyyətinin olmamasına görə iflas və zəifləməkdə özünü göstərəcək. Bəzi şirkətlər maliyyə təzyiqlərini və təlabatın azalmasını hiss edəcəklər, lakin bütün çətinliklərin öhdəsindən gələ biləcəklər. Maliyyə vəziyyəti qənaətbəxş olan şirkətlər böhran vəziyyətinə bazarda paylarını genişləndirmək və rəqiblərini sıradan çıxarmaq üçün ideal imkan kimi bacaxaqlar. “Expert-SM” maliyyə böhranı ilə üzləşən şirkətlərin qiymətləndirilməsi üzrə xidmətlər sahəsində geniş təcrübəyə malikdir.

Əziz dostlar, Biz beynəlxalq iqtisadiyyatda, xüsusilə, Azərbaycan və Rusiya iqtisadiyyatında mövcud vəziyyətdən və başlanmış böhrandan narahat olaraq Sizə ixtisaslaşmış yardım, müdafiə və böhrandan çıxmaq üçün xidmətlər təklif edir.

Bizim ixtisaslaşmış mütəxəssislərimiz şirkətlərin hüquqi müdafiəsi və şirkətlərin böhrandan çıxarılması sahəsində böyük təcrübəyə malikdirlər. Bizim anti-böhran sahəsində idarəedicilərimiz Sizə optimal inkişaf yolunu seçməkdə kömək edəcək, hərəkət planını hazırlayacaq və bu planı həyata keçirməyə kömək edəcəklər ki, bunlar da Sizə qlobal böhranın zərbəsindən xilas olmağa köməklik göstərəcək. Əgər Sizin şirkətinizdə ləğv olunma məsələləsi qalxıbsa, biz ilk növbədə vəziyyətə nəzarət etməyə köməklik edəcəyik. Bundan sonra Biz pul axınının dərin analizi, təchizatçılar zəncirinə yenidən baxılması və pul vəsaitinin itkisinin səbəblərinin aradan qaldırılması vasitəsilə situasiyanın stabilləşməsində Sizə yardım edəcəyik. Sizin biznesinizin maliyyə cəhətdən yenidən dirçəlməsi üçün maliyyə vəsaitlərini cəlb edilməsi və xərclərin azaldılması barədə qərarların analizi ilə birlikdə satış və mənfəətin səviyyəsini yüksəldən strategiyanı hazırlayaraq bütün vacib addımları atacağıq. Bizim metodların səmərəliliyi tam konfidensiallıq şərti ilə uğurlu nəticələr əldə edən beynəlxalq təcrübə ilə təsdiqlənir.

Bizim xidmətlər:

Şirkətin yenidən təşkili.

Yenidən maliyyələşdirmə.

Stabilləşdirmə.

Operativ və uzunmüddətli planın hazırlanması və təsdiqi.

Kredit öhdəlikləri ilə əlaqədar məsələlərin məhkəmədə müdafiəsi.

Əmək mübahisələrinin həlli.

Borc öhdəliklərinin məhkəmədə müdafiəsi.