Maliyyə bazarları


Maliyyə bazarları PDF faylını al Çap E-poçt

 

Dünya maliyyə bazarı — dünya bazarında ssuda kapitalının bir hissəsidir, müxtəlif ölkələrdən olan kreditorların və borc alanlarının kapitala olan tələbatının və təklifin məcmusudur. Dünya maliyyə bazarının seqmentlərindən biri maliyyə bazarı və ya qiymətli kağızlar bazarı hesab olunur.

 

Dünya maliyyə bazarı XIX əsrin sonuna kapital ixracının (miqrasiyasının) başlanğıcıyla inkişaf etməyə başladı.

 

 

Dünya maliyyə bazarının funksiyalarına aşağıdakı xüsusiyyətlər aiddir:

 

1. Müstəqil pul vəsaitlərinin bir yerə cəm olması və onların ayrı-ayrı sahələr, ölkələr və regionlar arasında ümumdünya miqyasda yenidən paylaşdırılması;

2. İstehsalın inkişaf sürətinin və effektivliyinin artırılması.

 

Dünya maliyyə bazarı ilkin və ikinci dərəcəli bazar növlərinə bölünür. Onlar bir biriləri ilə sıx bağlıdırlar, çünki ilkin bazar ikinci dərəcəli bazarı qiymətli kağızlarla təmin edir. İlkin bazar kreditorlar və borc alanlar (investorlar və resipiyentlər) arasında kapitalın yenidən paylaşdırılmasına xidmət edir. İkinci dərəcəli bazarda yalnız kontragentlər dəyişirlər, daha doğrusu:

• borc öhdəlikləri olan sahiblərinin dəyişməsi baş verir;

• ilkin borc alanların resurslarının həcmi dəyişmir.

İkinci dərəcəli bazar borc öhdəliklərinin yenidən satılma mexanizmini yaradır, və bu bütovlükdə bazarın likvidliyinin artmasına gətirib çıxarır. Beləliklə, kreditor-investorların ona etibarı artır. Bu yolla bütün bazarda ssuda kapitallarının fasiləsiz fəaliyyəti təmin edilir.

 

Dünya maliyyə bazarının strukturu

 

Dünya maliyyə bazarı çərçivəsində aşağıdakılar ayırd edilir:

• milli maliyyə bazarı;

• beynəlxalq maliyyə bazarı

 

Bu bölgü əsasında maliyyə-kredit milli sistemlərin tənzimlənməsi və nəzarəti altında olur.

 

Milli maliyyə bazarı dedikdə aşağıdakılar nəzərdə tutulur (əsas meyar - yerli qanunvericiliyə tabeçilikdir):

1. milli qanunvericiliyə tabe olan, öz ölkəsinin ərazisində milli valyutada rezidentlərin apardığı ssuda-kredit əməliyyatların məcmusudur (məsələn, milli məzzənədə bankdan alınan kredit) ;

2. rezidentlər tərəfindən borcun xarici valyutada alınması;

3. milli qanunvericilik sistemi çərçivəsində qeyri-rezidentlər tərəfindən borcun milli və ya xarici valyutada alınması.

 

Hər üç bənddə bank-rezidentin iştirakı ilə aparılan əməliyyatlar haqqında bəhs edilir.

Dünya maliyyə bazarı vahid bazar formasında mövcud deyil, bu yalnız bir-birilə sıx əlaqədə olan milli bazarların məcmusudur. Beynəlxalq maliyyə bazarı dedikdə, öz mənşəyindən kənar olan ölkələrin valyutalarında ssuda-borc əməliyyatlarının aparılması anlaşılır. Beləliklə, həmin əməliyyatlar bu ölkələrin birbaşa dövlət tənzimlənməsinə məruz qalmırlar.

Keçən yüzilliyin doxsanıncı illərində müstəqilliyin əldə edilməsiylə, iqtisadiyyatın və cəmiyyətin demokratik olması ilə əlaqədar Azərbaycanda daxili maliyyə bazarının dirçəliş prosesi başlandı. Qısa müddət ərzində qəbul edilmiş normativ-hüquqi aktlar və normativ sənədlər sayəsində bölgü və kapitalın yenidən paylaşdırılması üzrə xidmətlərin göstərilməsinin müasir mexanizmi yaradılmışdır – maliyyə bazarı yaradılmış, onun əsas iştirakçısı maliyyə – kredit institutlarıdır (satıcı-emitentlər, alıcı-investorlar, vasitəçilər – provayderlər).

 

Azərbaycanın maliyyə bazarının strukturu.

 

Bizim ölkəmizdə uçot seqmentinin əsas maliyyə alətləri dövlətin qısamüddətli öhdəlikləri (qısa şəkildə DQÖ), son zamanlar təsadüfən baş verən Azərbaycan Milli Bankının (AMB) notları və onların buraxılışı (emissiyası) və yerləşdirilməsi hesab edilir. Ticarət, xəzinədarlıq və bank vekselləri, korporativ istiqraz vərəqələri qismində instrumentlər və başqa qısamüddətli öhdəliklərin növləri kimi alətlər bazarda lazımi yer tuta bilmədi. Banklararası pul bazarı balansın tənzimlənməsi, nəzarət orqanlarının tələblərinin yerinə yetirilməsi (xüsusən AMB-nın), aktiv əməliyyatların həyata keçirilməsi üçün qısamüddətli kreditlərin və banklararası depozitlər formasında pul vəsaitlərinin paylaşdırılmasını təmin edir.

Bu seqmentdə AMB yenidən maliyyələşdirmə qaydasında kreditləri kommersiya banklarına təqdim edir. Belə olan halda, maliyyə bazarının şəraitindən asılı olaraq, sabitliyin, pul kütləsinin nizama salınmasının və bank likvidliyinin təminatının saxlanılması üçün AMB, yenidən maliyyələşdirmənin faiz dərəcəsini müəyyən edir. Maliyyə-kredit siyasətilə nəzərdə tutulmuş müxtəlif alətlərdən istifadə edərək AMB, həmçinin, dövriyyədə olan pul kütləsinin həcmini, inflyasiya səviyyəsini və dünyanın aparıcı inkişaf etmiş ölkələrinin valyutalarına nisbətdə milli manatın kursunu nizama salır.

 

Monitarizasiya səviyyəsinin dinamikası

 

Nizama salan funksiyanın həyata keçirilməsi ilə yanaşı AMB banklararası pul bazarında əsas oyunçulardan biri qalır. Banklararası depozitlərdən və kreditlərdən istifadənin istiqamətlərindən biri - təsərrüfat subyektlərinə kredit verilməsi yolu ilə bankların aktiv əməliyyatların aparılmasıdır. Buna görə bu seqmentin iştirakçıları arasında təsərrüfat subyektləri olur - kredit resurslarına tələbatı olan hüquqi və fikizi şəxslər, həmçinin əhali -bankların kredit resurslarını genişləndirən bank əmanətçiləri olur.

Banklararası kreditlərin verilməsində vasitəçi qismində iştirak edən maliyyə bazarının banklararası seqmentində Bakı Banklararası Valyuta Birjası iştirak edir.

Valyuta bazarı xarici ticarət, xidmətlər, investisiyalar, beynəlxalaq ödəmələr üzrə hesablaşmaların həyata keçirilməsini təmin edir. Bu valyuta mübadiləsi vasitəsilə, alıcıların/ödəyənlərin xarici valytutaya dair alqı-satqı münasibətlərinə girməsi ilə baş verir.

AMB-nın rəsmi kursu üçün əsas olan valyutaların birja kursunun formalaşması və vasitəçilik funksiyalarının həyata keçirən Bakı Banklararası Valyuta Birjası və banklar başqaları ilə yanaşı pul bazarının müvafiq seqmentinin əsas iştirakçıları kimi çıxış edirlər. Bu bazar iki seqmentə bölünür: birjada olan və birjadan kənarda olan.

Kapitallar bazarı birbaşa və ya portfel investisiyalar şəklində təqdim edilir. Birbaşa investisiyalar orta və uzunmüddətli kreditlərdən istifadə edilməsini nəzərdə tutur. Bu seqmentdə banklar, kredit, lizinq, investisiya təşkilatları aktiv iştirak edirlər. Əsas fondların birbaşa investisiya prosesində banklardan başqa, müəssisələr və təşkilatlar şəxsi vasitələrin hesabına iştirak edirdi; şəxsi vəsaitələrin hesabına ölkənin əhalisi; dövlət büdcəsi, büdcədən kənar fondlar. Kapitallar bazarının bu seqmentində xarici investisiyalar da mövcuddur.

Uçot seqmentinin aləti olan qısamüddətli qiymətli kağızlardan fərqli olaraq, kapital bazarının qiymətli kağızları üzunmüddətlidirlər.Bu bazarın fəallaşması Milli Depozit Mərkəzinin fəaliyyətinin gücləndirilməsinə, broker, diler institutlarının, trast əməliyyatlarının inkişafına xidmət edəcəkdir.

Yuxarıda göstərilənlərdən bəlli olur ki, Azərbaycanın maliyyə bazarı formalaşma mərhələsindən keçmiç və inkişaf mərhələsindədir. Bu səbəbdən, əsas vəzifə ölkənin yeganə maliyyə bazarının (geniş alətlər və yeni iştirakçıların (bələdiyyələr, korporasiya və investorlar) cəlb edilməsi ilə) xidmət spektoru vasitəsilə ilə yaradılması və gələcək inkişafının strategiyasının işlənilməsidir. Bu beynəlxalq miqyasda xidmətetmə fəaliyyətinə və qiymətli kağızlara yönəlir, öz alətləri ilə beynəlxalq maliyyə bazarına inteqrasiya etmək iqtidarında olur, o cümlədən, Azərbaycan iqtisadiyyatına və sahibkarlığının inkişafına yardım edir.